Previous Next
Bağla

Vüsal Qasımlı: "Bank sektoru rəqəmsallaşma ilə təhlükəsizliyin kəsişdiyi dövrdən keçir"

19-11-2025 10:01
Vüsal Qasımlı: "Bank sektoru rəqəmsallaşma ilə təhlükəsizliyin kəsişdiyi dövrdən keçir"

Bu gün Azərbaycanın bank sektoru rəqəmsallaşma ilə təhlükəsizlik çağırışlarının kəsişdiyi bir dövrdən keçir.

Xeberler.az məlumat verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, məlumat əsaslı idarəetmə, rəqəmsal ekosistemlər, açıq bankçılıqdan açıq finans sisteminə keçid, real vaxtda ödənişlər və süni intellektin tətbiqi artıq bankçılığın yeni standartlarıdır: "Məlumdur ki, istehlakçı davranışı dəyişir, texnologiya sürətlənir, risklər isə daha mürəkkəb forma alır. Bank sektorunun əsas vəzifəsi innovasiyanı təhlükəsizliklə balanslaşdırmaq, dayanıqlı və etibarlı sistemlərə keçidi təmin etməkdir. Yeni bankçılıq modeli artıq sadəcə xidmət təqdim etmək üzərində qurulmur, eyni zamanda məlumat əsaslı idarəetmə, süni intellekt ilə risklərin proqnozlaşdırılması, insidentlərin real vaxtda aşkarlanması və proqressiv regulyator standartlarının tətbiqi üzərində formalaşır. Eyni zamanda ESG çərçivələri, Bazel III tələbləri, likvidlik və risk idarəetməsində süni intellekt əsaslı yanaşmalar dayanıqlı inkişafın vacib komponentinə çevrilib".

"Forumun gündəliyi göstərir ki, fintex-bank əməkdaşlığı, süni intellekt ilə avtomatlaşdırılmış risk monitorinqi, qabaqcıl kibertəhlükəsizlik həlləri, rəqəmsal investisiya platformaları və blokçeyn əsaslı əməliyyatlar gələcək maliyyə arxitekturasının əsasını təşkil edir.

Hesab edirəm ki, etibarlı, təhlükəsiz və dayanıqlı bank sektorunun formalaşdırılması üçün müasir texnologiyaların və analitik yanaşmaların inteqrasiyası həyati əhəmiyyət daşıyır. Xüsusilə, süni intellekt və böyük verilənlərin tətbiqi risklərin idarə olunmasında yeni imkanlar açır. Bu texnologiyalar vasitəsilə banklar kredit, likvidlik, bazar və əməliyyat risklərini daha proaktiv və dəqiq şəkildə qiymətləndirə, real vaxt çərçivəsində analitik qərar mexanizmləri ilə operativ və çevik reaksiya imkanları əldə edə bilərlər", - deyə icraçı direktor qeyd edib.

Bundan başqa, V.Qasımlı deyib ki, bank sektorunun davamlı inkişafı üçün ekosistem yanaşması kritik rol oynayır: "Bu yanaşma, maliyyə institutlarının müştərilər, fintech şirkətləri, tənzimləyici orqanlar və digər maraqlı tərəflərlə inteqrasiya olunmuş və qarşılıqlı əlaqəli bir ekosistem yaratmasını təmin edir. Belə bir ekosistem, informasiya paylaşımı, innovasiya təşviqi və risklərin paylanması baxımından sektorun dayanıqlılığını artırır.

Bundan əlavə, requlyatorların proqressiv və çevik yanaşması bank sektorunun etibarlılığını və təhlükəsizliyini təmin edən əsas faktorlardan biridir. Requlyatorlar texnoloji inkişafı izləyərək, yeni normativ bazalar və standartlar tətbiq etməli, həmçinin süni intellekt və böyük verilənlər kimi innovativ alətlərin risk idarəetmə proseslərində istifadəsini dəstəkləməlidirlər. Bu yanaşma yalnız tənzimləyici nəzarəti gücləndirməklə kifayətlənmir, eyni zamanda bankların innovativ və dayanıqlı fəaliyyət göstərməsi üçün əlverişli mühit yaradır. Belə qənaətə gəlmək olar ki, etibarlı, təhlükəsiz və dayanıqlı bank sektorunun yaradılması, texnoloji imkanların, analitik qərar mexanizmlərinin, ekosistem əməkdaşlığının və proqressiv tənzimləyici yanaşmanın birgə tətbiqi ilə mümkündür. Öz-özlüyündə bu yanaşma yalnız risklərin effektiv idarə olunmasını təmin etməklə kifayətlənmir, həm də maliyyə sabitliyinin, iqtisadi inkişafın və ictimai inamın gücləndirilməsinə mühüm töhfə verə bilər".

"Nəticə etibarilə, bankçılıq sisteminin yeni inkişaf modelinin rəqəmsal transformasiya, süni intellekt texnologiyaları, açıq maliyyə ekosistemləri və dayanıqlılıq prinsipləri əsasında formalaşdırılması müasir dövrün struktur iqtisadi tələblərindən biri hesab olunur. Bu istiqamətlərin inteqrasiyası maliyyə institutlarının rəqabətqabiliyyətliliyinin artırılması, risklərin daha effektiv idarə olunması və uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsi baxımından fundamental əhəmiyyət daşıyır", - deyə icraçı direktor fikrini tamamlayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Bank sektorunda blokçeyin texnologiyası araşdırılmalıdır”

“Bank sektorunda blokçeyin texnologiyası araşdırılmalıdır”

23-11-2017
Qasımlı “FINTEX SAMMIT 2025”  tədbirində çıxış edib

Qasımlı “FINTEX SAMMIT 2025” tədbirində çıxış edib

24-06-2025
“Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi” keçirilir

“Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi” keçirilir

24-06-2025
AMB: İlin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq

AMB: İlin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq

09-06-2026
Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

21-02-2020
Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

08-12-2021
9-cu Beynəlxalq Bankçılıq Forumu keçirilir

9-cu Beynəlxalq Bankçılıq Forumu keçirilir

19-11-2025
Vüsal Qasımlı 8-ci Beynəlxalq Bankçılıq Forumunda çıxış edib

Vüsal Qasımlı 8-ci Beynəlxalq Bankçılıq Forumunda çıxış edib

03-12-2024
Bakıda “Fintex Summit” - Maliyyə və Texnologiyalar Sərgisi keçirilir

Bakıda “Fintex Summit” - Maliyyə və Texnologiyalar Sərgisi keçirilir

16-06-2022
Sədr müavini: “Rəqəmsallaşma əməkdaşlığımızı daha da irəli aparacaq”

Sədr müavini: “Rəqəmsallaşma əməkdaşlığımızı daha da irəli aparacaq”

03-12-2024
Azərbaycanda rəqəmsal manat yaradıla bilər

Azərbaycanda rəqəmsal manat yaradıla bilər

08-12-2021
Mərkəzi Bank “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi”ni təsdiqləyib

Mərkəzi Bank “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi”ni təsdiqləyib

20-02-2025
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

24-11-2022
Taleh Kazımov: Bu il 9 ay ərzində mobil bankçılıqda əməliyyatların həcmi 2.4 dəfə artaraq 18.5 milyard manat olub

Taleh Kazımov: Bu il 9 ay ərzində mobil bankçılıqda əməliyyatların həcmi 2.4 dəfə artaraq 18.5 milyard manat olub

26-10-2023
Bakıda “FİNTEX SAMMIT 2020” keçiriləcək

Bakıda “FİNTEX SAMMIT 2020” keçiriləcək

20-08-2020
Azərbaycan Çinlə süni intellekt əsaslı maliyyə nəzarətini müzakirə edib

Azərbaycan Çinlə süni intellekt əsaslı maliyyə nəzarətini müzakirə edib

28-11-2025
Bakıda “Fintex Sammit 2025” keçiriləcək

Bakıda “Fintex Sammit 2025” keçiriləcək

17-06-2025
Mərkəzi Bank ilin sonunadək "Data Lakehouse" sisteminə keçəcək

Mərkəzi Bank ilin sonunadək "Data Lakehouse" sisteminə keçəcək

09-06-2026
“Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu” adlı konfrans keçirilib

“Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu” adlı konfrans keçirilib

14-04-2021
2026-cı ilədək Azərbaycanda rəqəmsal ödənişlərin həcmi 25 faiz artacaq

2026-cı ilədək Azərbaycanda rəqəmsal ödənişlərin həcmi 25 faiz artacaq

13-06-2023
AMB banklara informasiya təhlükəsizliyini təkmilləşdirilməsi ilə bağlı vaxt verib

AMB banklara informasiya təhlükəsizliyini təkmilləşdirilməsi ilə bağlı vaxt verib

17-06-2022
“Azerbajan Microsoft Day”: Rəqəmsal həllərin vasitəsi ilə maliyyə sektorunun transformasiyası

“Azerbajan Microsoft Day”: Rəqəmsal həllərin vasitəsi ilə maliyyə sektorunun transformasiyası

30-04-2021
“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

10-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə