Previous Next
Bağla

Rusiyada ilk dəfə neyroşəbəkə hakatonu keçiriləcək

02-07-2015 20:25
Rusiyada ilk dəfə neyroşəbəkə hakatonu keçiriləcək

Rusiyada dərindən öyrənmə və süni intellekt üzrə ilk “DeepHack” hakaton 19-24 iyul tarixlərində Moskva Fizika-Texnika İnstitutunda (MFTİ) keçiriləcək.

Hakaton (ing. hackathon) “hack” – haker və “marathon” - marafon sözlərindən yaranıb. Bu, bədniyyətlilərin deyil, sözün əsl mənasında, peşəkar hakerlərin, yəni, proqram təminatı üzrə müəxəssislərin hər-hansı bir problemin kreativ həlli üzərində yarışmasıdır.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, yarışmada tələbə, aspirant, gənc alim və İT üzrə peşəkarlara elmi tədqiqatlarda və istehsalatda istifadə olunan maşın təliminin nadir metodlarının axtarışı üçün tapşırıqlar veriləcək. Dərin öyrənmə strateji planlaşdırmanı bacaran proqramın yaradılması üçün konkret fəaliyyət üçün daha yaxşı alqoritmin seçimini nəzərdə tutur. Məsələn, Google Deep Mind startapı müasir neyroşəbəkələrin oyunlarda strategiyanı insanlardan daha yaxşı seçim etmək bacarığını göstərib.

Hakaton çərçivəsində dərindən öyrənmə, xərçəng və qocalma üzrə bioinformatikadan mühazirələr aparılacaq, iştirakçılar isə İsveçrədə keçiriləcək qocalma bioinformatikası üzrə beynəlxalq hakatona dəvət olunacaqlar.

Neyrokoqnitiv sistemlər üzrə aparıcı mütəxəssislərdən olan Mixail Bursev yarışmanın önəmliyini qeyd edərək deyib: “Hakaton intellektual sistemlər sahəsi üzrə tədqiqatçılara təcrübə mübadiləsi aparmağa, və çox güman ki, müasir kompüter elmlərinin fundamental problemlərindən birinin  həllində irəliləməyə imkan verən orijinal yanaşmaları tapmağa imkan verəcək”. 

Tədbirin təşkilatçıları Qabaqcıl Biotexnologiyalara Dəstək Fondu və MFTİ-nin İnnovativ təhsil texnologiyaları laboratoriyasıdır. 

Xeberler.az

 

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təhsil sahəsində hakaton keçiriləcək

14-07-2020

2-ci Regional Hakatona qeydiyyat başlanıb

04-06-2021

Kosmosun mənimsənilməsi üçün texnologiyaların hazırlanması üzrə forum keçiriləcək

08-04-2015

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır

05-03-2025

Nazir müavini: Məktəblilərarası Milli Hakaton 350 min şagirdi əhatə edib

01-12-2025

“Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qeydiyyat davam edir

12-03-2025

“Qabaqcıl süni intellekt və maşın öyrənmə tətbiqləri” hakatonu keçirilib

01-12-2025

“Məktəblilərarası Milli Hakaton”un yarımfinalına son günlər qalır

24-11-2025

“Enerji və IV Sənaye İnqilabı” hakaton yarışı keçiriləcək

26-07-2022

"Məktəblilərarası Milli Hakaton"un final mərhələsi keçirilib

28-11-2025

BDU əməkdaşları “Huawei”in sertifikatına layiq görülüblər

26-05-2025

“Milli Hakaton”nun növbəti mərhələsində 1640 şagird yarışacaq

14-05-2025

“Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” keçirilib

27-03-2026

“TEKNOFEST” çərçivəsində “Smart Qarabağ” Hakatonu keçiriləcək

01-02-2022

“Nasa - Space Apps Challenge Baku” hakatonu keçirilir

09-10-2023

“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

05-12-2024

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022

Texnologiya Universitetində süni intellekt hakatonu keçiriləcək

22-09-2025

“Sənaye 4.0: Hakaton 2025” tədbiri keçirilib

22-12-2025

Zəfər Gününə həsr olunmuş “Secure Tomorrow” hakatonu keçirilib

06-11-2025

BMU tələbələri rəqəmsal innovasiyalar hakatonunda uğur qazanıblar

14-10-2024

"SOCAR Hackathon 2025"ə qeydiyyat başlayıb

01-12-2025

“Məktəblilərarası Milli Hakaton” müsabiqəsinin müddəti uzadılıb

19-03-2025

ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

12-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə