YouTube Rusiyada tamamilə bloklanacaq

18-12-2025 / 08:08

Rusiya Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin sədr müavini Andrey Svintsov "YouTube" platformasının ölkədə tamamilə bloklanacağı tarixi açıqlayıb.

Xeberler.az bildirir ki, Deputatın sözlərinə görə, videohostinq Rusiya qanunvericiliyinə məhəl qoymamağa davam etdiyi üçün yaxın 6-12 ay ərzində ölkədə tam şəkildə məhdudlaşdırılacaq.

Svintsov kontent yaradıcılarına xəbərdarlıq edərək bildirib ki, onlar vaxt itirmədən "Rutube" və "VK Video" kimi yerli alternativlərə keçməlidirlər. O vurğulayıb ki, öz məzmununu Rusiya platformalarında və ya ölkəyə qarşı fəaliyyət göstərməyən resurslarda təbliğ etmək lazımdır. Deputat əlavə edib ki, "Roskomnadzor" "YouTube" platformasını ölkə bazarından tam sıxışdırıb çıxarana qədər məhdudiyyətlər tətbiq etməyə davam edəcək.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə