Previous Next
Bağla

AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

18-12-2025 16:11
AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

Müasir dövrdə süni intellekt və rəqəmsal texnologiyalar təkcə texniki və tətbiqi sahələrdə deyil, humanitar və ictimai elmlərdə də mühüm rol oynayır. Fəlsəfi baxışların formalaşdırılmasından tutmuş ictimai proseslərin təhlilinə, ədəbi-mədəni irsin rəqəmsallaşdırılmasından dil və mətn araşdırmalarına qədər geniş spektrdə süni intellektin tətbiqi bu sahələrə yeni tədqiqat imkanları yaradır. Rəqəmsal dövr, süni intellekt humanitar və ictimai elmlərlə qovuşduğu məqamlarda yeni ideyalar doğulur.

Xeberler.az bildirir ki, bu məqsədlə sentyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnolologiyalardan istifadə imkanları” mövzusunda gənc alimlərin məqalə müsabiqəsi elan edilib.

Müsabiqəyə “Süni intellektin humanitar və ictimai elmlərdə tətbiqi modelləri”, “Humanitar və ictimai elmlərdə rəqəmsal transformasiyalardan istifadə”, “Fəlsəfi və etik aspektlərdə süni intellektin rolu” və “Humanitar və ictimai elmlər üzrə rəqəmsal platformaların və süni intellektin elmi mühitə gətirilməsi” istiqamətlərində məqalələr qəbul olunub.

Müsabiqənin keçirilməsi üçün AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavərinin sədrliyi ilə Komissiya yaradılıb, təqdim edilmiş məqalələr AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin sədrliyi ilə Ekspertlər qrupu tərəfindən yoxlanılıb.

Oktyabrın 20-dək davam edən müsabiqəyə ümumilikdə 19 məqalə təqdim olunub və müsabiqənin nəticələri AMEA-nın Rəyasət Heyətinin 10 dekabr 2025-ci il tarixində keçirilən iclasında açıqlanıb.

Müsabiqənin nəticələrinə əsasən, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Ləman Rüstəmli I yerin sahibi olub. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Orxan İsayev və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Röya Mirzəbəyova II yer, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əyani doktorantı Cahandar Cabarov, AMEA-nın Gəncə Bölməsinin əməkdaşı İlahə Əsədzadə və AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı Rüzgar Camal III yeri tutublar. Həmçinin 13 nəfər həvəsləndirici mükafata layiq görülüb. AMEA-nın Rəyasət Heyətinin 17 dekabr 2025-ci il tarixində keçirilən iclasında isə gənc mütəxəssislərə mükafatları AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən təqdim olunub.

Təqdimetmə mərasimində akademik İsa Həbibbəyli bildirib ki, müsabiqədə Akademiyanın elmi müəssisə və təşkilatları ilə yanaşı, həmçinin Bakı Dövlət Universitetinin gənc mütəxəssislərinin də iştirakı üçün şərait yaradılıb.

Akademik İsa Həbibbəyli qeyd edib ki, ölkəmizdə süni intellekt sahəsində ilk dəfə keçirilən məqalə müsabiqəsi dövlət başçısının AMEA-nın 80 illik yubiley yığıncağındakı niqtində süni intellekt və rəqəmsal inkişafla bağlı alimlərimiz qarşısında qoyduğu vəzifələrin icrasına öz töhfəsini verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

09-12-2025

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

19-01-2023

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025

AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

22-07-2025

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025

Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

07-08-2019

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025

Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

17-02-2025

AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

11-09-2025

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

27-12-2024

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

Şərqşünas alim qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsini məruzə edib

02-05-2025

İnnovasiya xarakterli elmi tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisinə başlanılacaq

21-11-2013

Test texnologiyaları bilik səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır

13-10-2015

İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

26-08-2025

"AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

12-04-2025

AMEA-nın İctimai Elmlər Bölməsində süni intellektə dair məruzə dinlənilib

04-07-2025

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025

Elektron akademiya şöbəsi yaradılıb

29-11-2023

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014

“Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans keçirilib

28-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə