“Azərpoçt” və “Simbrella” “SalaryNOW” xidmətini istifadəyə verib

18-12-2025 / 12:47

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC beynəlxalq fintex şirkəti olan “Simbrella” ilə birlikdə innovativ maliyyə məhsulu – “SalaryNOW” xidmətini istifadəyə verib.

Xeberler.az məlumat verir ki, “SalaryNOW” – “Azərpoçt”un “AzPostMobile” tətbiqinə inteqrasiya edilmiş, işçilərə - əməkhaqqının bir hissəsini ayın sonunu gözləmədən əldə etməyə imkan verən sadə və rahat xidmətdir. Bu həll şəxsi maliyyənin idarə olunmasında yeni imkanlar yaradır və müasir dövrdə sürətli, şəffaf və istifadəsi asan maliyyə alətlərinə artan tələbatı qarşılayır.

Xidmət istifadəyə verildiyi gündən böyük maraqla qarşılanıb və istifadəçilər arasında sürətlə populyarlıq qazanır. Müsbət rəylər “SalaryNOW”un gündəlik maliyyə tələbatına çevik şəkildə nəzarət etmək istəyən insanların real ehtiyacına cavab verdiyini göstərir.

“SalaryNOW”, eyni zamanda yerli bazarda təqdim olunan ən yeni və qabaqcıl maliyyə xidmətlərindən biri kimi seçilir. Beləliklə, bu müasir model ölkədə rəqəmsal maaş həlləri üçün yeni bir standart formalaşdırır.

Bu xidmətin istifadəyə verilməsi ilə “Simbrella” və “Azərpoçt” əməkdaşlığı Azərbaycanda fintex ekosisteminin inkişafına töhfə verərək ölkəmizin müasir rəqəmsal maliyyə xidmətlərinə keçidini dəstəkləyən həllər təqdim edir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə