“Datadan Süni İntellektə” mövzusunda təqdimat keçirilib

17-12-2025 / 20:04
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən Milli Aviasiya Akademiyasında “Datadan Süni İntellektə” mövzusunda təqdimat əsasında çıxış edilib.
 
Xeberler.az bildirir ki, təqdimat çərçivəsində data əsaslı qərarvermə, dövlət xidmətlərində süni intellektin tətbiqi və real praktik nümunələr haqqında ətraflı məlumat verilib.
 
Eyni zamanda, Dövlət Agentliyinin fəaliyyəti üzrə ictimai hesabatlılığın təmin edilməsi və vətəndaş iştirakçılığının təşviqi məqsədilə yaradılan Publik Data Portal barədə iştirakçılar məlumatlandırılıb. Portalın “Open Data” fəlsəfəsi, istifadəsi və cəmiyyət üçün yaratdığı imkanlar vurğulanıb.
 
Qeyd edək ki, tədbir Milli Aviasiya Akademiyası ilə “ASAN xidmət” arasında imzalanan Əməkdaşlıq Memorandumu çərçivəsində keçirilib. Memorandum tərəflər arasında tələbələrin innovasiya yönümlü ekosistemin inkişafını və startap təşəbbüslərinin təşviqini, tədqiqat və təlim layihələrinin birgə həyata keçirilməsini nəzərdə tutur.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə