Samsung şirkəti rəsmən elan edib ki, Galaxy Note 7 smartfonunun təmir olunmuş versiyasının satışına başlamağı planlaşdırır.
Bundan əvvəl sözügedən smartfonda batareyaların partlamasına görə onun istehsalı dayandırılmışdı.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, bu haqda Reuters agentliyi məlumat yayıb.
Cənubi Koreya şirkəti tənzimləyici orqanlar və nəqliyyat agentlikləri ilə danışıqlardan sonra təmir olunmuş Galaxy Note 7 smartfonlarının satış bazarını müəyyənləşdirəcək. Şirkət çip və modulyar kameralar kimi dəyişdirilə bilən elementləri satmağı, həmçinin köhnə Galaxy Note 7-dən çıxarılmış xammaldan təkrar istifadəni planlaşdırır.
Bundan əvvəl ZDNet portalı Cənubi Koreyanın Hankyung nəşrinə istinadən yazmışdı ki, Samsung şirkəti təmir olunmuş smartfonunu yalnız inkişaf etməkdə olan ölkələrin (məsələn, Hindistan və Vyetnam) bazarında satmağı planlaşdırır.
Məlumat üçün bildirək ki, Galaxy Note 7 smartfonunun satışına 2016-cı ilin avqustunda start verilib, amma tezliklə batareyaların partlaması səbəbindən satış dayandırılıb.
Nəticədə Samsung şirkəti sözügedən qurğunun istehsalını tamamilə dayandırmaq məcburiyyətində qalıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri