Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı təkliflər hazırlanıb

30-04-2026 / 16:53

Cari ildə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi, uşaqlar tərəfindən energetik içkilərin, habelə kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib.

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda Bakıda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, uşaqların rəqəmsal mühitdə qorunmasına dair sosial çarx və uşaq hüquqlarına dair maarifləndirici vəsait hazırlanaraq əhali arasında yayılması təmin edilib:

"Azərbaycanda ailə, qadın və uşaq məsələləri dövlət siyasətində mühüm yer tutur və ölkədə bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə edilib".

Ombudsman qeyd edib ki, birgə tərəfdaşlıq və səylər nəticəsində ailə münasibətlərinin inkişafına, qadın və uşaqların hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinin təmininə nail olunacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə