“Zəhra Pezeşkian: Uşaqların rəqəmsal qorunmasında qlobal səviyyədə çətinliklər qarşıya çıxır

23-12-2025 / 13:13

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı qlobal səviyyədə qarşıya çıxan çətinliklər çoxşaxəlidir.

Xeberler.az məlumat verir ki, bu sözləri İran Prezidentinin qızı Zəhra Pezeşkian “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib.

O bildirib ki, uşaqların məlumatlarının icazəsiz toplanması, zorakılıq və mənfi məzmun, rəqəmsal təhlükələr uşaqların, xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha çox təsirlənməsinə səbəb olur. Buna görə də, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ortaq tədbirlərin tətbiqi böyük əhəmiyyət daşıyır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə