Previous Next
Bağla

“Azərkosmos” növbəti elmi müsabiqə elan edir

02-05-2025 13:37
“Azərkosmos” növbəti elmi müsabiqə elan edir

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) “Yer səthinin məsafədən müşahidəsi” üzrə növbəti dəfə elmi müsabiqə elan edir.

Xeberler.az məlumat verir ki, müsabiqənin əsas məqsədi peyk təsvirləri, o cümlədən Azersky peykinin arxiv təsvirlərinin Azərbaycanda istifadəsini əlçatan etmək, coğrafi informasiya sistemləri sahəsinə töhfə vermək və ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını dəstəkləməkdir. Builki müsabiqə “Gələcəyin xəritəsi” mövzusu altında keçirilir və 2025-ci ildə Vətən müharibəsində qazandığımız Zəfərin 5 illiyinə həsr olunur. Müsabiqə Qarabağ regionunun inkişafı, süni intellekt texnologiyaları ilə proqnozlaşdırıcı modellərin hazırlanması və innovativ xəritə dizaynı kimi istiqamətləri əhatə edəcək.

Müsabiqəyə yaşı 18-35 arası olan tələbələr, müəllimlər, elmi-tədqiqat institutları, fərdi tədqiqatçılar, dövlət müəssisələri və özəl sektorun nümayəndələri qatıla bilərlər. Müsabiqə iştirakçıları kənd təsərrüfatı, ekologiya və ətraf mühitin qorunması, quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin monitorinqi, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, şəhər planlaması, turizm marşrutlarının təyin olunması və digər istiqamətlərdə ideyalarını öz elmi işlərində peyk təsvirləri sayəsində vizullaşdırma şansı qazanacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir. Qeydiyyat mayın 1-dən iyunun 30-dək aparılacaq. Müsabiqənin ilk üç qalibi (birinci yer: 5000 AZN, ikinci yer: 3000 AZN və üçüncü yer: 1500 AZN) pul mükafatı ilə təltif olunacaqlar. Bundan əlavə, 10 nominasiya üzrə qaliblər müəyyən ediləcək və hər bir qalibə 500 AZN məbləğində mükafat təqdim olunacaq. Müsabiqənin şərtləri haqqında ətraflı məlumat alamaq və qeydiyyat üçün linkə keçid edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

27-11-2024

Azərkosmos müsabiqə elan edir

01-09-2022

Azərkosmos “Yer səthinin məsafədən müşahidəsi” üzrə elm müsabiqəsi elan edir

26-09-2022

“Azersky” peykinin təsvirlərinə dair keçirilən müsabiqənin nəticələri açıqlanıb

05-07-2019

Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

19-07-2018

“Azərkosmos-a elm təşkilatları, tədqiqatçılar da qoşulsun”

16-12-2016

Azərkosmosun keçirdiyi müsabiqənin qalibi müəyyənləşib

17-09-2019

“TEKNOFEST” çərçivəsində yeni müsabiqəyə start verilib

31-01-2022

"Azərkosmos" yeni layihəyə start verir

10-04-2020

Azersky peyki ilə bağlı təklifi olanların nəzərinə

26-05-2017

Azersky peykindən əldə olunan təsvirlərin istifadəsi müzakirə olunub

18-11-2015

“Azərkosmos” və Belarus Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

05-11-2021

AMEA-da Elm həftəsi keçiriləcək

05-03-2019

“Həvəskar peyk modelləşdirilməsi’’ müsabiqəsinə qeydiyyat davam edir

08-02-2022

Sədr müavini: “Azərkosmos”un müsabiqələrində iştirak üçün layihələrin sayı 1000-i keçib

27-11-2024

Yer səthinin radarla müşahidə imkanları genişləndirilir

20-09-2016

Fransa şirkəti ilə “Azersky” peykinin imkanları müzakirə olunub

27-05-2015

Azərkosmos ISNET təşkilatının mükafatına layiq görülüb

06-04-2022

Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

16-05-2024

Peyk təsvirlərdən Şəki də yararlandı

25-10-2017

Azərbaycanda peyk təsvirləri ilə bağlı 400-dən çox layihə həyata keçirilib

01-12-2022

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026

Azersky peykinin maliyyələşdirilməsi həyata keçirilir

11-11-2015

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə