Previous Next
Bağla

Azərkosmos müsabiqə elan edir

01-09-2022 11:42
Azərkosmos müsabiqə elan edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos növbəti dəfə “Yer səthinin məsafədən müşahidəsi” üzrə elm müsabiqəsi elan edir.

Xeberler.az bildirir ki, müsabiqənin əsas məqsədi “Azersky” peykindən əldə olunan təsvirlərin Azərbaycanda istifadəsini əlçatan etmək və ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını sürətləndirməkdir.

Müsabiqəyə tələbələr, müəllimlər, elmi-tədqiqat institutları, fərdi tədqiqatçılar, dövlət müəssisələri və özəl sektorun tədqiqatla məşğul olan nümayəndələri qatıla bilər.

İştirakçılar bu layihəyə qoşulmaqla kənd təsərrüfatı, ekologiya və ətraf mühitin qorunması, quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin monitorinqi, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, şəhər planlaması, turizm marşrutlarının təyin olunması ilə bağlı ideyalarını öz elmi işlərində “Azersky” peykinin imkanları sayəsində vizuallaşdırmaq şansı qazanacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir. Müraciətlər 30 noyabr 2022-ci il tarixinədək qəbul olunacaq. Təkliflər müsabiqənin şərtlərinə uyğun dəyərləndirildikdən sonra iştirakçılara “Azersky” peykindən əldə olunmuş təsvirlər təmənnasız olaraq təqdim ediləcək. Müsabiqədə ilk üç yeri tutan iştirakçıya uyğun olaraq 5000 AZN, 3000 AZN və 1500 AZN məbləğində pul mükafatı veriləcək.

Müsabiqənin şərtləri və müraciət forması ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz:

https://azercosmos.az/az/earth-observation/earth-observation-competition

Qeyd edək ki, “Yer səthinin məsafədən müşahidəsi” üzrə elm müsabiqəsi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, həmçinin Birləşmiş Millətlər Təşkilatının təsdiq etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Bu müsabiqə kosmosun faydaları və gündəlik həyatımızda yaratdığı imkanları, həmçinin peyk təsvirləri ilə ekoloji dəyişiklikləri müşahidə etmək və onlara hazır olmaq, əkin sahələrinin düzgün monitorinqi ilə ərzaq təhlükəsizliyinə töhfə vermək kimi təşəbbüsləri özündə birləşdirir. Vurğulamaq lazımdır ki, rəqəmsallaşma dövrü elmi tədqiqatların aparılması üçün də yeni perspektivlər açır. Ölkəmizdə elmi işlərin kosmik sahənin imkanları ilə dəstəklənməsi elm adamları və tədqiqatçılara müasir dövrün qlobal çağırışlarına cavab verməyə şərait yaradır.

 

Azərkosmosun 2016-cı ildən etibarən başlatdığı “Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” təşəbbüsü Azərbaycanda bu sahənin inkişafına ciddi təkan verəcək.

Azərkosmos haqqında

Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos Azərbaycanda innovativ kosmik ekosistemin inkişafının aparıcı qüvvəsidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə dünya üzrə tərəfdaşlarımıza yüksək keyfiyyətli peyk xidmətləri təqdim edirik. Peyklərimiz üzərindən geniş çeşiddə xidmətlər və həllər təqdim etməklə yanaşı, Azərbaycanda kosmik sənayenin inkişafının dəstəklənməsi və səmərəli həllərin yaradılması məqsədilə Azərkosmosun nəzdində fəaliyyət göstərən Tədqiqat və İnkişaf Mərkəzində müxtəlif layihələr həyata keçirilir. Bundan əlavə, beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri qururuq. Ölkəmizdə kosmik sahənin inkişafına töhfə verəcək innovativ ideyaların və startapların aşkar olunması və inkişaf etdirilməsi məqsədilə ölkənin startap ekosisteminə dəstəyin verilməsi də fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Daha ətraflı məlumatı veb-saytımızdan ala bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərkosmos İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır

02-06-2022

“Azərkosmos” növbəti elmi müsabiqə elan edir

02-05-2025

Azərkosmos Aralıq dənizində peyk rabitə xidmətlərinə start verib

04-08-2022

Azərkosmos İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

20-07-2022

“Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

27-11-2024

Azərkosmosun nümayəndə heyəti Özbəkistandakı konfransda iştirak edib

11-05-2022

Azərkosmos “Copernicus Masters” və “SpaceLeap” proqramlarında iştiraka dəvət edir

17-06-2022

Azərkosmos “Yer səthinin məsafədən müşahidəsi” üzrə elm müsabiqəsi elan edir

26-09-2022

"Azərkosmos" yeni layihəyə start verir

10-04-2020

Müsabiqələrin finalçıları məlum olub

19-05-2022

Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

19-07-2018

“Azersky” peykinin təsvirlərinə dair keçirilən müsabiqənin nəticələri açıqlanıb

05-07-2019

Azərkosmosun keçirdiyi müsabiqənin qalibi müəyyənləşib

17-09-2019

Azersky peyki ilə bağlı təklifi olanların nəzərinə

26-05-2017

“Azərkosmos-a elm təşkilatları, tədqiqatçılar da qoşulsun”

16-12-2016

Azərkosmos ISNET təşkilatının mükafatına layiq görülüb

06-04-2022

Sədr müavini: “Azərkosmos”un müsabiqələrində iştirak üçün layihələrin sayı 1000-i keçib

27-11-2024

“Azərkosmos”a səfər

11-10-2018

“Azərkosmos” və Belarus Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

05-11-2021

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021

Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

01-10-2021

Tbilisidə Azerkosmos və Azersky-ın fəaliyyəti barədə məlumat verilib

14-11-2018

Azərbaycan və Qazaxıstan mütəxəssisləri birgə layihələr hazırlayacaq

20-10-2015

“Azərkosmos”un mütəxəssisinin məqaləsi “Springer” nəşrində dərc edilib

23-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə