Previous Next
Bağla

Şəhid və qazi ailələrinin övladları Türkiyənin Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzidə olublar

29-08-2024 16:40
Şəhid və qazi ailələrinin övladları Türkiyənin Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzidə olublar

Azərkosmosun “K.O.S.M.İ.K. Akademiya”sının təşkilatçılığı ilə şəhid və qazi ailələrinin övladları Türkiyənin Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzinə səfər ediblər.

Xeberler.az bildirir ki, layihənin məqsədi məktəbliləri texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsinə
həvəsləndirmək, onların bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Proqram çərçivəsində məktəblilər müxtəlif simulyatorlara daxil olaraq aerodinamik testlər və jet mühərriklərinin prinsipləri ilə tanış olublar. Həmçinin “Pilot Yumurtasını Qoru” adlı yaradıcı vörkşopda iştirak edərək problem həlletmə bacarıqlarını təkmilləşdiriblər. Eləcə də raketlərin prinsipləri və mikroqravitasiya şəraitində maye dinamikası mövzuları əhatə edilməklə kosmos mühitində iş, Beynəlxalq Kosmik Stansiya (ISS) və “Dragon” kapsulu haqqında ətraflı məlumat əldə ediblər.

Məktəblilər “Docking” simulyatoru vasitəsilə kosmik əməliyyatların real simulyasiyasında iştirak edib, astronavt menyularının hazırlanması üzrə təcrübə keçməklə VR mikroqravitasiya simulyatoru vasitəsilə real kosmos şəraitini sınaqdan keçiriblər.

Səfər çərçivəsində məktəblilər robot qol təlimləri, ilkin tibbi yardım, diş dolğusu və astronavt alət dəsti ilə alətlərin yığılması praktik seminarında iştirak ediblər. Eyni zamanda GeneLab və bir çox simulyatorlarla tanış olmaqla kosmik missiyaların texniki tərəflərini dərindən öyrəniblər.

Səfərin irəliləyən günlərində məktəblilər kosmik kostyumlarla incə motor bacarıqları məşqlərinə cəlb edilib və onlara tərəvəz istehsalı sistemləri və Türkiyənin ilk insanlı kosmik missiyası haqqında məlumatlar təqdim edilib.

Qeyd edək ki, səfər Azərkosmos, Azərbaycan Hava Yolları (AZAL), Türk Dövlətləri Təşkilatı (TDT), Türkiyə Kosmik Agentliyi (TUA), Bursa Şəhər Bələdiyyəsi və Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzinin (GUHEM) təşəbbüsü və dəstəyi ilə həyata keçirilib.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan məktəbliləri Türkiyənin kosmik və texnologiya mərkəzlərində təcrübə keçirlər

13-05-2026

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

Tələbələrin aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsi başa çatıb

20-03-2025

Kosmik Akademiya Kosmik Agentliklərinin Forumunda iştirak edib

21-11-2025

Mobil əsaslı kosmik innovasiya və sistem avtobusu layihəsi həyata keçiriləcək

11-04-2025

Azərbaycanlı tələbələr Türkiyənin peyk texnologiyaları ilə tanış olublar

19-03-2025

Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

14-07-2025

Azərbaycan məktəbliləri Beynəlxalq Kosmik Olimpiadada II yerə layiq görülüblər

30-05-2025

Azərbaycanlı tələbələr aerokosmik innovasiyalar üzrə təcrübə keçəcək

14-03-2025

Beynəlxalq Kosmik Olimpiadanın milli finalı keçirilib

02-05-2025

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023

Azərbaycanda ilk dəfə Beynəlxalq Kosmik Olimpiada keçiriləcək

14-10-2024

“Kosmik otel” fəaliyyətə başlayacaq

21-10-2010

“Azərkosmos” ICESCO-nun qrant müsabiqəsinin qalibi olub

03-06-2025

Türkiyə Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək istəyir

10-08-2019

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur

11-05-2023

“APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinə başlanılıb

11-06-2025

TDT-yə üzv ölkələrin kosmik sahədə birgə fəaliyyəti üçün hüquqi baza yaradılır

23-04-2025

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025

Azərbaycanlı gənclərin kosmik elmi platformada sessiyaları davam edir

16-10-2024

Tələbələrin kosmik sahəyə marağı artırılır

22-10-2015

Azərbaycanda ilk dəfə “Kosmik tibbin əsasları” təlimi keçiriləcək

06-11-2024

Bakıda Qlobal Gənclər Sammiti keçirilib

17-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə