Previous Next
Bağla

Azərbaycan məktəbliləri Türkiyənin kosmik və texnologiya mərkəzlərində təcrübə keçirlər

13-05-2026 19:08
Azərbaycan məktəbliləri Türkiyənin kosmik və texnologiya mərkəzlərində təcrübə keçirlər

“Azərkosmos”un nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın ölkəmizin strateji insan resurslarının gücləndirilməsinə yönəlmiş çoxillik strategiyasının tərkib hissəsi olan məktəblilər üçün beynəlxalq təcrübə mübadiləsi proqramına - “STARTECH-2” layihəsinə start verilib. Layihə mayın 16-dək davam edəcək.

Xeberler.az məlumat verir ki, proqramda Bakı Avropa Liseyi, ABC məktəbi, 164 nömrəli tam orta məktəb, 6 nömrəli məktəb-lisey, akademik Zərifə Əliyeva adına lisey, Bakı Oksford məktəbi, 160 nömrəli Klassik Gimnaziya və “Landau” məktəbinin 9-11-ci siniflərində təhsil alan 17 məktəbli iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin karyera seçimlərinə istiqamət vermək, onların aerokosmik mühəndislik və yüksək texnologiyalar sahəsində strateji kadr kimi formalaşmasına dəstək olmaq, eyni zamanda, milli kosmik ekosistemin fəal iştirakçılarına çevrilmələrinə töhfə verməkdir.

Səfər çərçivəsində iştirakçılar Türkiyənin aparıcı kosmos, aerokosmos və müdafiə sənayesi müəssisələrində keçirilən interaktiv sessiyalara qatılırlar. Məktəblilər Bursa şəhərində yerləşən Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzində (GUHEM), Ankara şəhərində fəaliyyət göstərən “PLAN-S”, “TÜRKSAT” və “TİTRA Technology” şirkətlərində, eləcə də İstanbulda yerləşən “DOF Robotics” şirkəti və “Marmara Teknokent”də müxtəlif proqramlarda iştirak edirlər.

“DOF Robotics” şirkətində keçirilən görüş zamanı məktəblilər VR və AR sistemləri ilə yaxından tanış olub, robotexnika və mexatronikanın inteqrasiyası əsasında yaradılan müasir mühəndislik həllərini araşdırıblar.

“Marmara Teknokent”də iştirakçılar innovasiya laboratoriyaları, mühəndislik və robototexnika mərkəzləri ilə tanış olub, süni intellekt, proqramlaşdırma, avtomatlaşdırma və yüksək texnologiyalar sahəsində həyata keçirilən layihələr barədə məlumat əldə ediblər.

Ankarada fəaliyyət göstərən “PLAN-S” şirkəti kiçik peyklərin (CubeSat) dizaynı, istehsalı və orbitə göndərilməsi üzrə ixtisaslaşıb. Məktəblilər burada kosmik laboratoriya mühiti ilə yaxından tanış olub, peyk komponentlərinin hazırlanma prosesini izləmək imkanı qazanıblar.

İştirakçılar, həmçinin Türkiyənin yeganə peyk operatoru olan “TÜRKSAT” şirkətinin Gölbaşı kampusunu ziyarət ediblər. İnteraktiv tur zamanı onlara peyklərin idarə olunması və yerüstü stansiyaların iş prinsipləri barədə ətraflı məlumat verilib.

Ankarada yerləşən “TİTRA Technology” şirkətində məktəblilər pilotsuz sistemlər, süni intellekt və avtonom texnologiyalarla tanış olublar. Orta Doğu Teknik Universitetinin İnformatika və İnnovasiya Mərkəzində yerləşən şirkətdə onlar pilotsuz helikopterlərin proqram təminatı və sınaq mərhələlərini müşahidə edərək gələcəyin texnologiyaları haqqında praktiki biliklər əldə ediblər.

Avropanın ən böyük kosmos və aviasiya təlim mərkəzlərindən biri hesab olunan GUHEM-də isə məktəblilər külək tuneli və aerodinamika, reaktiv mühərriklərin iş prinsipləri, Cessna 172 uçuş sessiyası, Ayda gəzinti simulyatoru və ekstremofillərin mikroskop altında müşahidəsi kimi elmi-təcrübi sessiyalarda iştirak edirlər.

Qeyd edək ki, proqram Azərbaycanın kosmos, innovasiya, rəqəmsallaşma, süni intellekt, məlumat mübadiləsi və STEAM texnologiyaları sahələrində strateji insan resursları potensialının məktəb yaşlarından inkişafına uzunmüddətli töhfə verməyi hədəfləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı tələbələr aerokosmik innovasiyalar üzrə təcrübə keçəcək

14-03-2025

Azərbaycanlı tələbələr Türkiyənin peyk texnologiyaları ilə tanış olublar

19-03-2025

Şəhid və qazi ailələrinin övladları Türkiyənin Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzidə olublar

29-08-2024

Tələbələrin aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsi başa çatıb

20-03-2025

Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər

06-09-2024

Azərbaycan məktəbliləri Beynəlxalq Kosmik Olimpiadada II yerə layiq görülüblər

30-05-2025

Beynəlxalq Kosmik Olimpiadanın milli finalı keçirilib

02-05-2025

Azərbaycanda ilk dəfə Beynəlxalq Kosmik Olimpiada keçiriləcək

14-10-2024

Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

14-07-2025

“Xəyal et” İKT yay düşərgəsi layihəsi davam edir

25-06-2019

“APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinə başlanılıb

11-06-2025

Kosmik Akademiya Kosmik Agentliklərinin Forumunda iştirak edib

21-11-2025

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024

Azercell Gələcəyi qur layihəsində məktəblilərə dəstək oldu

06-10-2018

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026

Müsabiqələrin finalçıları məlum olub

19-05-2022

Robitiks Mühəndislik, proqramlaşdırma və rəqəmsal incəsənət kurslarına başlanılıb

08-10-2018

“Elektron məktəb” layihəsində iştirak edəcək məktəblərin sayı artıb

13-03-2009

Məktəblilər ASAN xidmət-də ekskursiyada oldular

19-07-2018

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022

Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçiriləcək

19-09-2025

Azərbaycanlı məktəblilər “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

04-02-2025

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018

Mobil əsaslı kosmik innovasiya və sistem avtobusu layihəsi həyata keçiriləcək

11-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə