Səhmdarlar “Twitter”ə qarşı 124 milyon dollarlıq iddia irəli sürüblər

01-11-2013 / 22:24

Səhmlərinin fərdi satışının təşkili ilə məşğul olmağa məcbur edilən iki şirkət məhkəmədə “Twitter”-dən 124 milyon dollar istəyir. Satışın bəzi iri sərmayədarların maraqlarına görə təşkil ediləcəyi planlaşdırılırdı, sonra isə bu proqram ləğv edildi.

İki səhmdarın iddiasında bu əməliyyatlar hesabına “Twitter” İPO ərəfəsində öz qiymətli kağızlarına marağı artırmaq istədiyini bildirib. İddia Mahxettenin Dairə Məhkəməsinə “Precedo Capital Group” və “Continental Advisors SA.” şirkətləri adından verilib. “Precedo” və “Continental”da deyirlər ki, bu cür manipulyasiya hesabına “Twitter” öz kapitallaşmasını 10 milyard dollar səviyyəsindən yuxarı qaldırmaq istəyib və İPO diapazonunun yuxarı səviyyəsində yerləşmək istəyir.

İddiaçılar bildiriblər ki, “Twitter”də fərdi səhm yerləşdirilməsi üzrə əməliyyatı həyata keçirmək niyyətində olmadıqlarını bildiriblər, bu da komisyon rüsumların itkisi şəklində ziyana gətirib çıxardı. “Twitter”in mətbuat xidmətindən səhmdar şirkətlərin iddiası əsassız olduğu, “Twitter” şirkətinin “Precedo” və “Continental”la heç bir işbirliyi olmadığını bildirib.

“Twitter” IPO çərçivəsində 1 milyard dollar cəlb etmək niyyətindədir. “Twitter”in planlaşdırdığı IPO “Morgan Stanley”, “JPMorgan Chase”, “Bank of America”, “Deutsche Bank”, “Allen&Co” bankları və “Code Advisors” şirkəti cəlb edilib. Bundan başqa, “Twitter” bildirib ki, şirkətin son bir ildə mədaxilinin iki dəfə artırılması sayəsində onun balansı mənfi olaraq qalır və şirkət ilin nəticələri üzrə ziyanda qalır.(ictnews.az)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə