Azərbaycanın Seneqal ilə 30 ilə yaxındır ki, diplomatik əlaqələri mövcuddur. Afrikanın fransızdilli ölkəsi olaraq, Seneqal Azərbaycanın mütərəqqi təcrübələrini öyrənməyə qərar verib. Seneqallılar Azərbaycanın dövlət xidmətləri sahəsində uğurlu modeli olan "ASAN xidmət" təcrübəsini öz ölkələrində dövlət idarəçiliyi və xidmətləri sahəsində tətbiq edəcəklər. Bu istiqamətdə biz "ASAN xidmət" olaraq onlara lazımi dəstəyi göstərəcəyik.
Xeberler.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O qeyd edib ki, bu gün Seneqal dövləti ilə Azərbaycanın "ASAN xidmət" brendinin bu ölkədə tətbiqi ilə bağlı memorandum imzalandı: "Bu, artıq ümumilikdə 30-a yaxın ölkəyə "ASAN xidmət" modelinin ixracı deməkdir. Afrikada isə Seneqal artıq 16-cı ölkədir ki, Azərbaycanın "ASAN xidmət" modelini öyrənir və bu modeli tətbiq edəcək", - deyə Ü. Mehdiyev qeyd edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları