“SİMA KYC” “Leobank”da

21-08-2025 / 19:39

SİMA-nın “KYC” (Müştərini tanı) rəqəmsal həlli “Leobank” mobil tətbiqinə uğurla inteqrasiya edilib.

Artıq mobil tətbiqdən istifadə zamanı əlavə təhlükəsizlik yoxlaması tələb olunan hallarda “SİMA KYC”-nin üztanıma texnologiyası ilə şəxsiyyətin təsdiqlənməsi həyata keçiriləcək. Proses nəticəsində əməliyyatı icra edən şəxsin hesabın həqiqi sahibi olub- olmadığı müəyyən ediləcək. Əməliyyat yalnız hesab sahibinin şəxsiyyəti təsdiqləndikdən sonra davam etdiriləcək.

Yeniliyin əsas məqsədi rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, müştəri təcrübəsinin təkmilləşdirilməsi və müştərinin fiziki iştirakı olmadan aparılan əməliyyatlarda kiberdələduzluq risklərinin azaldılmasıdır.

Qeyd edək ki, bu yenilik ilə SİMA məhsullarının inteqrasiya olunduğu Azərbaycan banklarının sayı 12-ə çatıb.

“SİMA KYC” haqqında

“SİMA KYC” (Know Your Customer – Müştərini tanı) rəqəmsal həlli AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2023-cü ildə yaradılıb. Bu həll üz cizgiləri əsasında biometrik identifikasiya apararaq istifadəçinin kimliyini müəyyən edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər. SİMA-nın “KYC” həlli, maliyyə əməliyyatlarında şəffaflığı və etibarlılığı artırmaqla yanaşı, bank sektorunda müasir təhlükəsizlik standartlarının tətbiqinə də töhfə verir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə