“Smart Customs” komandası “Yüksəliş” intellektual kvizinin qalibi oldu

18-03-2024 / 12:20

Yüksəliş” müsabiqəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan "Yüksəliş" intellektual kvizi - Bahar mövsümü həyata keçirilib.

Xeberler.az xəbər verir ki, bu il ölkəmizdə keçirilməsi planlaşdırılan COP29 tədbirinin əhəmiyyətini vurğulamaq məqsədilə ekologiya, ətraf mühitin qorunması, təbii ehtiyatlardan istifadə ilə bağlı sualların üstünlük təşkil etdiyi intellektual yarışda “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları iştirak ediblər.

Yarışda 40 komanda iştirak edib. “Yüksəliş” müsabiqəsinin yarımfinal və final mərhələsində iştirak edən gömrük əməkdaşlarının formalaşdırdığı “Smart Customs” komandası 40 komanda arasında ən yüksək nəticə ilə birinci yerin sahibi olub. “Xəzər” və “Hepta dron” komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə