“Smart Customs” yenidən fəaliyyətini bərpa edib

01-02-2021 / 18:07
“Smart Customs” yenidən fəaliyyətini bərpa edib.
 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin resursu olan “Smart Customs” mobil tətbiqi və e.customs.gov.az portalı çökmüşdü.
 
Xeberler.az bildirir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz  münasibət bildirib:
 
"Əslində bu cür çökmələr ötən il və bu il bir neçə dəfə təkrarlanıb. DGK hər dəfə mütəxəssilər tərəfindən müvafiq tədbirlər görüldüyü və tez bir zamanda problemin aradan qaldırılacağını bildirsə də problem köklü həllini tapa bilmirdi.
 
Əsas problemin isə kargo şirkətlərdən və vətəndaşlardan daxil olan çoxsaylı müraciətlərin sistem tərəfindən emalında və sistemin kargolara inteqrasiyasında olduğu bildirilirdi.
 
Hazırda isə "Smart Customs” yenidən aktivdir. Karqo şirkətlər hələlik sistemin normal çalışdığını bildirirlər.
 
Görünür ki, DGK İT komandası mümkün qoşulmaları və mümkün sorğuları nəzərə alaraq nəhayət ki, sistenin resurslarını optimallaşdıra və dayanıqlı fəaliyyətini təmin edə biliblər.
 
Ümid edək faydalı rəqəmsal həll olan "Smart Customs" bir daha çökməyəcək, xaricdən gətirilən malların bəyan edilməsi və digər gömrük problemlərin həllində kargo şirkətlərin və vətəndaşların işini xeyli rahatlaşdıra biləcək".

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə