Smart Customs-da baş verən uyğunsuzluğa görə kim günahkardır?

24-07-2023 / 14:57
Vəkil Aqil Layıc Trendyol vasitəsilə gətirdiyi malın Smart Customs vasitəsilə tam olaraq bəyan edilməsinə baxmayaraq Dövlət Gömrük Komitəsi tərəfindən 38 gün anbarda saxlandığını açıqlayıb.
 
Ardınca da, bu saxlanma üçün ondan əlavə ödənişlər tələb edildiyini bildirib.
DGK isə bunun səhf bəyanetmə ilə bağlı olduğunu, bağlamanın iki-üç hissədən ibarət olmaqla ayrı-ayrı vaxtlarda daxil olduğunu, sonuncu daxil olan bağlama haqqında səhv məlumat verildiyi, sistemdə uyğunsuzluq yarandığını açıqlayıb.
 
Aqil bəy deyilənlərlə razılaşmayıb, ödəniş sənədlərinin screenlərini paylaşlb, DGK əməkdaşlarının yanlış açıqlamar verdiyini, DGK-nın sosial mediada onu blokladığı səbəbindən öz fikirlərini bildirə bilmədiyini, onun Smart Customs-dakı hesablarına müdaxilə edildiyini və s. açıqlayıb. Hər iki tərəfin açıqladığı məlumatlardan görünən odur ki, həqiqətən də Aqil bəy tam olaraq malı bəyan edib və ödənişini edib.
Amma DGK-nın Smart Customs sistemindəki uyğunsuzluq səbəbindən zamanında bağlamasını ala bilməyib.
 
Amma nədənsə DGK sistemdəki bu uyğunsuzluqla bağlı məsuliyyəti öz üzərindən atmağa üstünlük verib. Hansı ki, yetərincə faydalı olan Smart Customs rəqəmsal həlli də elə onlarındı. Düşünürəm ki, əsas məqam məhz buradadır.
 
Gözlənti nə ola bilərdi, DGK-nın ağlabatan addını necə olmalıydı ?
Necə ola bilər ki, hansısa səbəbdən 38 gün vətəndaşın bağlaması gömrük anbarında qalıb, amma ona heç bir bildiriş, məlumat getməyib. Yalnız özünün müraciətindən sonra məsələ aydınlaşıb. Bu onun göstəricisidir ki, bu cür fors major hallar üçün DGK -nın normal bir həll mexanizmi olmayıb. Ən azı, 5-10 gün sahibsiz qalan bağlamaların anbardan götürülməsi ilə bağlı DGK-nın rəsmi bildirişlərinin, müraciətlərinin olması ağlabatan olardı.
 
Eyni zamanda düşünürəm ki, nadir hallarda baş verən bu tip xoşagəlməz haldan sonra, uyğunsuzluğun vətəndaşa aid olmadığını nəzərə alaraq DGK Aqil bəyi bloklamaq əvəzinə, onu idarəyə dəvət edə bilərdi, üzrxahlıq edə bilərdi, daha ağlabatan rəsmi açıqlama verə bilərdi. Hansı ki, DGK əməkdaşları baş verənləri texnologiyanın üzərinə atmaqla, mənasız yazışmalara və problemi daha da qəlizləşdirməyə üstünlük veriblər. Bu, doğru bir yanaşma deyil.
 
Düşünürəm ki, bu tip xoşagəlməz halların təkrarlanmaması üçün, vətəndaşlarla, gömrük prosesi iştirakçıları ilə məlumatlandırmanı daha effektiv qurmaq üçün DGK daha ciddi addımlar atmalıdır. Rəqəmsal həllərini də müntəzəm olaraq təkmilləşdirməlidir. Yeri gəlmişkən, DGK-nın rəsmi sosial resurslarını hər hansı bir vətəndaş üçün bloklaması da heç bir halda doğru bir yanaşma deyil.
Bunun hər hansı izahı yoxdur.
 
Əksinə, DGK vətəndaşları, gömrük iştirakçılarını sosial resurslardan, rəqəmsal həllərdən daha effektiv istifadəyə təşviq etməlidir.
 
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun Prezidenti 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə