Previous Next
Bağla

Ən yaxşı mobil tətbiq hansıdır? - Ekspertdən açıqlama

21-09-2021 16:58
Ən yaxşı mobil tətbiq hansıdır? - Ekspertdən açıqlama
Son zamanlarda dövlət qurumları mobil tətbiqlərin inkişafına daha ciddi yanaşmağa başlayıb.
 
Mobil tətbiqlər dövlət xidmətlərini daha rahat, daha çevik və effektiv formada əldə etməyə imkan verir.
 
Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz Azərbaycanın Mobil e-Gov bazarında hansı dövlət qurumların tətbiqlərin olmasını, hansı xidmətləri təqdim etməsini, hansının daha çox faydalı olmasını müəyyən etmək üçün qısa bir araşdırma edib.
 
Xeberler.az həmin araşdırmanı təqdim edir:
 
"Əvvəlki illərdə mobil tətbiqlər daha çox informasiya-məlumat yönümlü olaraq hazırlanırdı. Funksionallıq, interaktivlik, xidməti tam əldə etməyə imkan verən hallar bu tip mobil resurslarda olmurdu.
 
Məsələn, "eAgro" ( Kənd Təsərrüfatı Nazirliyi ), "e-Tebib" ( NRYTN- Məlumat Hesablama Mərkəzi ) , "ƏMDK" ( Əmlak Məsələləri Dövlət Xidməti ), "e-Sosial" ( ƏƏSMN ), "MigAz" ( Dövlət Miqrasiya Xidməti ), "Azərişıq", "Azərsu" və s.
 
Son illərdə bir neçə dövlət qurumu daha işlək və funksional, konkret vəzifələri, xüsusilə də kütləvi tələbat olan, populyar xidmətlərə yönəlik mobil tətbiqlər hazırlaya biliblər. Bu istiqamətdə Ədliyyə Nazirliyinin “Mobil Notariat”, Dövlət Gömrük Komitəsinin “Smart Customs”, ASAN-nın resursları və Covid-19 la bağlı yaradılan tətbiqlər daha çox diqqəti cəlb edib.
 
Hazırda 200-dək karqo şirkətinin xarici internet mağazalardan alış-veriş edən yüz minlərlə müştərisi, alqı-satqı və digər notarial hərəkətləri icra edən minlərlə istifadəçi “Smart Customs” və “Mobil Notariat”resursunun üzərində "oturub" daha rahat formada xidmətləri tam olaraq əldə edə bilirlər.
 
Dövlətə məxsus olan, ödəniş funksiyalarını icra edən bir çox mobil tətbiqlər də var ki, onları bank-maliyyə mobil tətbiqləri ilə bir yerdə araşdırmaq daha doğru olardı".
 
Ən yaxşı və faydalı olan, daha çox vacib-populyar olan dövlət xidmətlərini əldə etməyə imkan verən mobil tətbiqlər hansıdır ?
 
Adətən mobil tətbiqləri xarakterizə edəndə aşağıdakı parametrlərə üstünlük verilir :
- funksionallıq
- yüklənmə sayı
- istifadəçi rahatlığı
- aktiv istifadəçi sayı
- reytinq göstəricisi(istifadəçilərin verdiyi rəylər)
- yenilənmə tezliyi
- platformalardakı sıralanma
- təqdim etdiyi xidmətlərin sayı və s.
 
Bu parametrləri nəzərə almaqla, ictimai-faydalılıq və kütləvi tələbatı ödəmə baxımından dövlətə məxsus mobil tətbiqləri aşağıdakı kimi sıralamaq olar:
 
1.Mobil Notariat
(vətəndaşın harada olmasından asılı olmayaraq digər vətəndaşa etibarnamə və ya ərizələrin verilməsi)
 
2. Smart Customs
(gömrük bəyannamələrinin onlayn mühitdə təqdim edilməsi, sərhəd-buraxılışda onlayn növbə və s. xidmətləri almağa imkan verir)
 
3. ASAN növbə
(ASAN-da növbə götürməyə imkan verən yə aktiv istifadə olunan, xüsusilə də pandemiya dönəmində faydalılığı yüksək olan tətbiqdir)
 
4.myGov
(daha çox vətəndaşların fərdi məlumatlaraına baxmağa, bəzi xidmətlərə çıxışa, bəzi məlumatları arayış fromasında telefona yükləməyə imkan verir)
 
5. eSosial
(informasiya –məlumat yönümlüdür)
 
6. eTəbib
(informasiya-məlumat yönümlüdür)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

14-04-2025

Ekspert: Mobil hökumətdə vəziyyət necədir?

26-09-2022

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025

Ekspert: Əminəm ki, "E-qanun" mobil tətbiqi çox populyar olacaq

09-09-2022

Nazirlik mobil tətbiq müsabiqəsinin qaliblərini açıqlayacaq

28-11-2017

“Elektron Hökumət” portalının rəsmi mobil versiyası varmı ?

20-05-2015

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

04-02-2025

Ekspert: "Mobil Notariat" tətbiqi hazırda ölkədə ən populyar rəqəmsal hökumət həllidir

15-08-2022

“Smart Customs” tətbiqinə “SİMA İmza” ilə daxil ol!

22-01-2024

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

18-03-2025

Ekspert: "Milyonluq" iş 

20-10-2022

“Smart Customs” mobil tətbiqi nə üçün çöküb ?

06-01-2021

myGov ilə onlayn etibarnamə vermək mümkün olacaq

02-08-2019

Portalın mobil tətbiqi nə vaxt istifadəyə veriləcək?

07-09-2015

"Smart Customs" mobil tətbiqi ilə məcburi bəyanetmə müvəqqəti dayandırılıb

30-09-2020

“Elektron hökumət” portalının yeni mobil tətbiqi hazırdır

11-09-2015

Ekspert: Smart Customs resursu qarşıya qoyulan vəzifəni yerinə yetirə bilirmi?

03-05-2021

Karqolar və rəqəmsal dünyada istehlakçı hüququ

16-09-2021

“IMEI kodun qeydiyyatını yoxlayın” xidməti istifadəyə verilib

02-06-2023

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

Mobil texnologiyalar insanların sağ qalmasına necə kömək edə bilər ?

20-05-2015

“Asan İmza” ilə Unibank-ın xidmətləri telefonunuzda

25-04-2016

"Azercell" mobil tətbiqləri artıq “Kabinetim”də!

19-08-2020

Azərişıq-ın bütün xidmətləri mobil telefonunuzda

17-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə