Previous Next
Bağla

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün rəqəmsal həll niyə yaradılmır?

19-07-2023 14:25
Malın gömrük dəyərinin müəyyən edilməsi üçün rəqəmsal həll niyə yaradılmır?
Uzun illərdi ki, Dövlət Gömrük Komitəsində (DGK) malın gömrük dəyərini müəyyən etmək problemli və əsas narazılıq doğuran məsələ olub.
 
İndi də belədir. İdxal ilə məşğul olan sahibkarlar bəzən Çindən gətirdikləri malın az qala yarısı qədər gömrük ödənişinin edilməsi ilə üzləşdiklərini bildirirlər. Onlar iddia edirlər ki, gömrük orqanları idxal edilmiş mallara olduğundan daha böyük gömrük dəyəri müəyyən edirlər. Gömrük dəyərinin hesablanması üçün ağlabatan bir üsul indiyədək ortada yoxdur.
 
Xatırlayıram ki, DGK -da əvvəllər bununla bağlı nəhəng bir departament də yaratmışdılar. Amma normal bir mexanizm ortaya çıxmadı. DGK indiyədək bir xeyli faydalı rəqəmsal həllər və elektron xidmətlər formalaşdırıb.
 
Smart Customs bir çox problemlərin anında həll olunmasına kömək edir. Amma malın gömrük dəyərinin müəyyən edilməsi üçün daha effektiv olan rəqəmsal həll formalaşdırmağa nədənsə diqqət yetirilməyib.
 
Ötən günlər DGK bu quruma olan müraciətlərlə bağlı bir məlumat paylaşıb.
Bu statistikadan görsənir ki, DGK-ya olan müraciətlərin az qala yarısı fiziki şəxslərin "İMEİ kodlar problemi" və "Karqo problemi" ilə, yəni vətəndaşların şəxsi məqsəd üçün gətirdikləri mallarla bağlı olub. Yəni, bu nəhənglikdə dövlət xidmətinə olan müraciətlər əsasən fiziki şəxslərin bəyanetməsi ilə bağlı olub.
Düşünürəm ki, burada nəsə doğru deyil. Hazırda bu sektorda aparılan islahatlar, gömrük xidmətində struktur dəyişiklikləri, bu sektordakı strateji hədəflər daha çevik və effektiv mexanizmlərin yaradılmasını şərtləndirir .
 
Beynəlxalq təcrübəyə nəzər salanda görmək mümkündür ki, bu tip məsələlər tam rəqəmsallaşıb. İndi hökumət gömrük dəyəri ilə bağlı yeni Qaydalar hazırlayır.
Ümid edirəm DGK-nın yeni rəhbərliyi də uzun illərdən bəri mövcud olan bu problemin, malın gömrük dəyərinin qısa zamanda müəyyən edilməsi üçün ağlabatan bir mexanizm, rəqəmsal bir resurs formalaşdıra biləcək. Fikrimcə, gömrük xidmətində resurslar cari xarakterli işlərə deyil, gömrük proseslərinin rəqəmsal transformasiyasına yönəldilməlidir.
 
 Osman Gündüz,
 Azərbaycan İnternet Forumunun prezidenti, ekspert 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Gömrüyün yeni rəqəmsal xidmətləri nə dərəcədə effektiv olacaq?

Gömrüyün yeni rəqəmsal xidmətləri nə dərəcədə effektiv olacaq?

22-11-2023
Ekspert: DGK və Azərpoçt e-ticarət üçün normal bir sistem qura bilmir

Ekspert: DGK və Azərpoçt e-ticarət üçün normal bir sistem qura bilmir

22-05-2019
Smart Customs-da baş verən uyğunsuzluğa görə kim günahkardır?

Smart Customs-da baş verən uyğunsuzluğa görə kim günahkardır?

24-07-2023
DGK məmuru sənədləri necə saxtalaşdıra bilib?

DGK məmuru sənədləri necə saxtalaşdıra bilib?

30-08-2023
“Smart Customs” yenidən fəaliyyətini bərpa edib

“Smart Customs” yenidən fəaliyyətini bərpa edib

01-02-2021
Gömrükdə yenilik səviyyəsi yoxlanılır, amma köhnə metodlarla

Gömrükdə yenilik səviyyəsi yoxlanılır, amma köhnə metodlarla

12-02-2024
DGK xaricdən sifariş edilən poçt bağlamalarının uzun müddət gecikdirilməsinə aydınlıq gətirib

DGK xaricdən sifariş edilən poçt bağlamalarının uzun müddət gecikdirilməsinə aydınlıq gətirib

22-01-2021
“Smart Customs” mobil tətbiqi nə üçün çöküb ?

“Smart Customs” mobil tətbiqi nə üçün çöküb ?

06-01-2021
Azərbaycanda İnternet vasitəsilə Gömrük Komitəsinin rəhbərliyinə birbaşa müraciət etmək mümkündür

Azərbaycanda İnternet vasitəsilə Gömrük Komitəsinin rəhbərliyinə birbaşa müraciət etmək mümkündür

10-12-2010
Vətəndaşlar “Elektron hökumət” portalı vasitəsilə mallara tətbiq olunan gömrük ödənişləri barədə məlumat əldə edə bilər

Vətəndaşlar “Elektron hökumət” portalı vasitəsilə mallara tətbiq olunan gömrük ödənişləri barədə məlumat əldə edə bilər

18-06-2013
Ekspert : DGK Azərpoçtu günahlandırmışdı, problem özlərindəymiş

Ekspert : DGK Azərpoçtu günahlandırmışdı, problem özlərindəymiş

08-01-2019
Ekspert: Smart Customs resursu qarşıya qoyulan vəzifəni yerinə yetirə bilirmi?

Ekspert: Smart Customs resursu qarşıya qoyulan vəzifəni yerinə yetirə bilirmi?

03-05-2021
Ekspert: DGK və DSX arasında olan münasibətlər tənzimlənməlidir

Ekspert: DGK və DSX arasında olan münasibətlər tənzimlənməlidir

30-08-2019
Sərhəd-keçid məntəqələrində ciddi islahatlar olacaqmı ?

Sərhəd-keçid məntəqələrində ciddi islahatlar olacaqmı ?

06-09-2019
Ekspertdən təklif: Əsgərlərə göndərilən bağlamalar pulsuz daşınsın

Ekspertdən təklif: Əsgərlərə göndərilən bağlamalar pulsuz daşınsın

01-10-2020
DGK: Süni intellektdən geniş istifadə edəcəyik

DGK: Süni intellektdən geniş istifadə edəcəyik

18-04-2025
Karqolar və rəqəmsal dünyada istehlakçı hüququ

Karqolar və rəqəmsal dünyada istehlakçı hüququ

16-09-2021
DGK müasir olan üçün daha yüksək rüsum, köhnə olan üçün daha az rüsum alır

DGK müasir olan üçün daha yüksək rüsum, köhnə olan üçün daha az rüsum alır

25-05-2024
Mobil telefonlar ölkəyə necə gətirilir və necə qeydə alınır ?

Mobil telefonlar ölkəyə necə gətirilir və necə qeydə alınır ?

06-09-2018
Ekspert: Daha bir beynəlxalq yarışma qalibimiz mükafatını gömrükdə ödəniş etməklə əldə edib

Ekspert: Daha bir beynəlxalq yarışma qalibimiz mükafatını gömrükdə ödəniş etməklə əldə edib

04-09-2024
Gömrük Komitəsi yenidən  elektron ticarəti məhdudlaşdırmaq istəyir

Gömrük Komitəsi yenidən elektron ticarəti məhdudlaşdırmaq istəyir

29-01-2016
Ekspert: Mobil hökumətdə vəziyyət necədir?

Ekspert: Mobil hökumətdə vəziyyət necədir?

26-09-2022
Hökumətin verdiyi qərar e-ticarəti məhdudlaşdırmağa yönəlib

Hökumətin verdiyi qərar e-ticarəti məhdudlaşdırmağa yönəlib

24-08-2020
Gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək

Gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək

25-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə