Previous Next
Bağla
REKLAM YERİ

Ekspert: Mobil hökumətdə vəziyyət necədir?

26-09-2022 16:40
Ekspert: Mobil hökumətdə vəziyyət necədir?
Ən populyar mobil tətbiqlərlə bağlı eGov sektorunda qısa bir araşdırma ilə müəyyən etmək olar ki, bizdə hələlik onların sayı çox azdır.
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.
"Cəmi bir neçə bu tip mobil həllər var. Bizim ən populyar hökumət həllərinin İOS və ya Android platformalarda yüklənmə sayı maksimal 500 mindir, hazırda isə əsasən 100 min istifadəçi bu mobil tətbiqləri telefonlarına yükləyiblər.
Ən populyar hökumət rəqəmsal həlləri aşağıdakılardır:
Asan növbə (500K)
eSosial (500K)
Mobil Notariat (100K)
myGov(100K)
Smart Customs(100K)
SİMA (50K)
Maraqlıdır ki, Ədliyyə Nazirliyinin Mobil Notariat-ı və RİNN-in SİMA-sı çox qısa müddətdə populyarlaşıb və reytinq qazanıb. Funksionallıq və faydalılıq baxımından Mobil Notariat rəqəmsal həlli dövlət resursları içərisində kəskin fərqlənir. Əgər SİMA rəqəmsal imzasının sahibkarlıq variantı işə salınsa və Dövlət Vergi Xidməti SİMA-inteqrasiya etsə düşünmək olar ki, qısa zamanda SİMA ölkədə ən populyar, ən çox yüklənən rəqəmsal həll olacaq.
Maraqlıdır ki, dövlət qurumlarında bu cür mobil resursların yenilənməsinə yanaşmalar da müxtəlifdir. Daha tez-tez yenilənmələrə Smart Customs-da rast gəlmək mümkündür. İndiyədək ən çox rəy yazılan (39 min) mobil hökumət resursu da məhz Smart Customs olub. Görünür ki, vətəndaşlarımız alış-verişi daha çox xaricdən edirlər 
Yeri gəlmişkən, düşünürəm ki, DGK-nın bu faydalı resursunun daha da təkmilləşdirilməsinə, iki pilləli bəyanetmənin sadələşdirilməsinə də ehtiyac var. Düşünürəm ki, hökumət həm mobil rəqəmsal həllərin hazırlanması, həm də onların populyarlığının artırılması istiqamətində səylərini gücləndirməılidir. Fikrimcə, mobil hökumət quruculuğu istiqamətində işlər çox ləng gedir. Rəqəmsal xidmətlərin, sənədlərin rəqəmsal versiyalarının hazırlanması və mobilə inteqrasiyası gücləndirilməlidir.
Hazırda vergi və təhsil xidmətləri ilə bağlı, əmlak və xəritə xidmətləriilə bağlı, MİDA ilə bağlı hökumət mobil həllərinə ciddi ehtiyac var. Xüsusilə də myGov-u daha da təkmilləşdirmək, vətəndaşlar üçün gərəkli olan sənədlərin rəqəmsal versiyalarını ora inteqrasiya etmək, onun faydalılığını artırmaq çox vacibdir.
Bir müddət öncə məhkəmə ilə bağlı, həmçinin vergi ilə bağlı yeni mobil tətbiqlərin hazırlanması üzrə işlərin aparıldığı haqqında müvafiq dövlət qurumları tərəfindən açıqlamalar verilib".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

14-04-2025

Ekspert: Əminəm ki, "E-qanun" mobil tətbiqi çox populyar olacaq

09-09-2022

Ekspert: SİMA nə zaman populyar olacaq?

17-05-2022

Ekspert: "Mobil Notariat" tətbiqi hazırda ölkədə ən populyar rəqəmsal hökumət həllidir

15-08-2022

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

“Smart Customs” tətbiqinə “SİMA İmza” ilə daxil ol!

22-01-2024

Ən yaxşı mobil tətbiq hansıdır? - Ekspertdən açıqlama

21-09-2021

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

25-10-2023

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024

“SİMA İmza” Ədliyyə Nazirliyinə məxsus tətbiqə inteqrasiya olunub

09-04-2024

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

"Asan imza"nın inhisarçılığı başa çatmaq üzrədir-ŞƏRH

25-04-2023

Cərimələr və etibarnamələrlə bağlı məlumatlar daha əlçatan oldu

21-06-2022

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

30-12-2025

“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi

23-04-2026

Ekspert: Rəqəmsal hökumətə keçidin hüquqi təminatı çox ləngiyir

17-10-2022

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

22-01-2025

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

03-07-2025

SİMA ilə “TuranBank”da əmanət yerləşdirmək daha əlçatan oldu

05-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə