Previous Next
Bağla

Ekspert: Smart Customs resursu qarşıya qoyulan vəzifəni yerinə yetirə bilirmi?

03-05-2021 13:37
Ekspert: Smart Customs resursu qarşıya qoyulan vəzifəni yerinə yetirə bilirmi?
Smart Customs rəqəmsal resursu qarşıya qoyulan vəzifəni yerinə yetirə bilirmi?
 
"Son zamanlar müşahidə olunur ki, Dövlət Gömrük Komitəsinin Smart Customs mobil tətbiqi xeyli təkmilləşdirilib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, bu məqsədlə DGK-nın İT komandası və karqo (daşıma) şirkətlərin developerləri və rəhbərləri bir neçə dəfə görüş keçiriblər:
 
"Xarici ölkələrdən e-ticarət yolu ilə mal alanlar və onlara xidmət edən karqo şirkətlər gömrük proseduraları, bəyanetmə prosesi üçün DGK-nın Smart Customs resursundan effektiv istifadə edirlər. Xaricdən e-ticarət yolu ilə alış veriş edənlərin və onlara xidmət edən karqo şirkətlərin sayı isə durmadan artır.
 
Hazırda ölkədə 170-dən çox karqo şirkət fəaliyyət göstərir. Görünür ki, vətəndaşlar ölkəmizdə böyük "Mall"-ların işləmədiyi pandemiya dövründə xaricdən alış-verişə daha çox üstünlük verirlər.
 
Qeyd etdiyimiz kimi, Smart Customs xeyli təkmilləşdirilib, vətəndaşlar və karqo şirkətləri bu resursdan yetərincə faydalanırlar".
 
Osman Gündüzün sözlərinə görə, bəzən Smart Customs-u idarə edənlər, güman ki, əziyyətə qatlaşmamaq üçün karqolardan əlavə informasiyalar tələb edir.
 
"Məsələn, son dövrlərdə karqo şirkətlərdən tələb olunur ki, xaricdki anbarlarında olan bağlamanın ölkəyə göndərilməsindən öncə onun üzərinə daha bir əlavə etiket -məlumat, bəyannamə nömrəsi ilə bağlı məlumat yerləşdirilsin.
 
Hansı ki, belə məlumat artıq Smart Customs-da var. Eyni zamanda düşünürəm ki, vətəndaşın alış-veriş zamanı əldə etdiyi invoys-fakturanın həm də karqo tərəfindən sistemə vurulmasının tələbi doğru bir yanaşma deyil. Hansı ki, vətəndaş bunu gömrüyə bəyannaməni verərkən əlavə edir. Bütün bunlar sonda bağlamaların gecikməsinə, əlavə xərclərə və yüklənmələrə səbəb olur".
 
Ekspert bildirib ki, son zamanlar isə bəzi karqolar ASAN login sistemindən istifadə edilməsində müəyyən ayrı-seçkiliklə qarşılaşdığını bildirirlər:
 
"Fikrimcə, kifayət qədər faydalı və effektiv bir rəqəmsal resursa , mövcud olan və olmayan bəzi bürokratik proseduraları da elektronlaşdırmaqla əlavə etmək sonda bu resursun əhəmiyyətini və funksionallığını xeyli azalda bilər".
 
Osman Gündüz təklif edir ki, mövcud bürokratik proseduralar daha da sadələşdirilsin, bundan sonra rəqəmsal resursda nəzərə alınsın, gömrük və karqo dataları tam inteqrasiya olunsun, vətəndaşdan və ya karqodan əlavə informasiyalar tələb olunmasına ehtiyac qalmasın.
 
"170-dən çox karqo şirkətin xidmət göstərdiyi on minlərlə vətəndaşın e-ticarət yolu ilə gətirdiyi malların Smart Customs vasitəsilə rəqəmsal mühitdə gömrük rəsmiləşdirməsi sahəsində DGK -nın fəaliyyəti təqdirə layiqdir. Ümid edirəm qeyd olunan çatışmazlıqlar da qısa müddətdə aradan qaldırılacaq".
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Karqolar və rəqəmsal dünyada istehlakçı hüququ

16-09-2021

“Smart Customs” yenidən fəaliyyətini bərpa edib

01-02-2021

"Smart Customs" mobil tətbiqi ilə məcburi bəyanetmə müvəqqəti dayandırılıb

30-09-2020

“Smart Customs” mobil tətbiqi nə üçün çöküb ?

06-01-2021

“Smart Customs” tətbiqinə “SİMA İmza” ilə daxil ol!

22-01-2024

Smart Customs-da baş verən uyğunsuzluğa görə kim günahkardır?

24-07-2023

Gömrük Komitəsinin elektron xidmətlərindən istifadə sayı 11 milyona çatıb

23-12-2021

Ekspert: Mobil hökumətdə vəziyyət necədir?

26-09-2022

Ən yaxşı mobil tətbiq hansıdır? - Ekspertdən açıqlama

21-09-2021

“Smart customs” “ilin rəqəmsal hökumət həlli” nominasiyasinin qalibi olub

18-12-2023

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün rəqəmsal həll niyə yaradılmır?

19-07-2023

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

Trendyol-dan Azərbaycan istifadəçiləri üçün - Yenilik

03-05-2023

Poçtdaşıma və kuryer şirkətləri üçün yeni ticarət platforması yaradılıb

29-01-2021

Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

14-04-2025

“Smart Customs” komandası “Yüksəliş” intellektual kvizinin qalibi oldu

18-03-2024

E-ticarətə maraq yük həcmini əhəmiyyətli dərəcədə artırıb

22-01-2021

“Azərpoçt” MMC karqo xidmətini istifadəyə verib

29-11-2022

“IMEI kodun qeydiyyatını yoxlayın” xidməti istifadəyə verilib

02-06-2023

Ekspertdən təklif: Əsgərlərə göndərilən bağlamalar pulsuz daşınsın

01-10-2020

Avtomobilin gömrükdə rəsmiləşdirilməsi prosesi asanlaşdı

29-09-2022

Trendyol-un Azərbaycana gəlişi e-ticarət ekosisteminə necə təsir edəcək?

01-05-2023

Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

07-04-2026

DGK və DSX generallarının görüşü nəticə veribmi?

03-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə