Previous Next
Bağla

Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

10-08-2020 18:47
Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

Xeberler.az bildirir ki, iri həcmli məlumatların sürətlə ötürülməsi və yüklənilməsinə ehtiyac olduğu, cəmiyyətin əksər hissəsinin onlayn iş və təhsil rejiminə keçdiyi bir zamanda keyfiyyətli mobil internet xidmətlərinə tələbatın artması qaçılmazdır. İstifadəçilərinin gündəlik rabitə ehtiyaclarını operativ şəkildə qarşılamağa istiqamətlənən ölkənin lider mobil operatoru “Azercell Telekom” öz şəbəkəsinin paytaxt və regionlar boyu daha da keyfiyyətli olması üçün bütün texniki tədbirləri həyata keçirir. Belə ki, şəbəkənin təkmilləşdirilməsi sahəsində aktiv fəaliyyətinin nəticəsi olaraq ölkə ərazisində Azercell-in təqdim etdiyi LTE xidmətində əhəmiyyətli irəliləyişlər olmuşdur. 2019-cu ilin əvvəlindən həyata keçirilən LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsi nəticəsində bu texnologiya üzərindən çalışan ümumi Radio Baza Stansiyalarının (RBS) sayı 902-dən 2524-ə yüksəlmiş, təkcə 2020-ci ilin ilk yarısında isə daha 845 vahiddə stansiya istifadəyə verilmişdir. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilmiş və coğrafi əhatə dairəsi 9%-dən 68%-ə, əhali əhatəsi isə 31%-dən 85%-ə qədər yüksəlmişdir. Hal-hazırda Azercell internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində lazımi işlər aparır. Bunun üçün LTE spektrinin zolağının genişləndirilməsi və Bakıda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilir. Həmçinin, abunəçilər üçün son dərəcə əhəmiyyəli olan Bakı metropolitenində də sürətli mobil internetin əlçatan olması üçün tunellərdə təkmilləşdirmə işləri aparılır, LTE şəbəkəsinin genişləndiriıməsi tam sürətlə davam edir. Layihə çərçivəsində 6 adda metro stansiyada artiq işlər yekunlaşmışdır. Əlavə olaraq metro stansiyalarda LTE-Daşıyıcı Birləşdirmə sistemi də aktiv edilmişdir ki, bu da öz növbəsində LTE şəbəkəsindən istifadə edən abunəçilərin daha yüksək sürət əldə etmələrini təmin edəcəkdir.

Bir daha xatırlatmaq yerinə düşər ki, “Systemics” Avropa şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində Azercell-in bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün olduğunu təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericcson-un apardığı bençmarkinq araşdırmaları isə, LTE şəbəkəsinin sürətinə görə Azercell-in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğunu nümayiş etdirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

08-12-2020

"Azercell"in LTE şəbəkəsinin əhatə dairəsi 85 faizi ötüb

25-01-2021

"Azercell" LTE şəbəkəsinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib

23-04-2021

Bakı və Abşeronda mobil internetin sürəti 30 faiz artacaq

30-10-2021

Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

28-11-2019

Nar LTE şəbəkəsini genişləndirir

17-08-2018

Nar metroda LTE xidmətini təqdim edib

07-02-2018

Azercell yeni genişmiqyaslı layihəyə start verdi

02-08-2022

Nar baza stansiyalarını 25 faiz artıracaq

01-03-2018

Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

11-04-2018

Azercell-dən regionlar üçün sürətli mobil internet

17-05-2018

Nar Tərtərdə 4G şəbəkəsini qurdu

22-10-2018

Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır

02-04-2024

Nar gələn il LTE Advanced texnologiyasını təqdim edəcək

29-12-2015

Nar ötən il yüksək nəticələr əldə edib

12-01-2018

Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et

23-06-2021

Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

09-02-2018

Son 1 il ərzində “Nar” abunəçilərinin internetdən istifadəsi 65 faiz artıb

16-03-2020

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018

Nazirlik simsiz rabitə texnologiyası istifadəyə verdi

29-03-2018

Bütün Abşeron 4G-dən istifadə edə biləcək

07-10-2015

Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir

18-06-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə