Previous Next
Bağla

Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

09-02-2018 12:48
Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

Bakcell özünün 4G LTE şəbəkəsini ölkənin şimal bölgəsində də istifadəyə verib.

Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı ölkənin digər bölgələrində də yüksək sürətli LTE şəbəkəsinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərin davamı olaraq, Bakcell şirkəti Azərbaycanın şimal bölgəsindəki bir neçə rayon mərkəzində yeni LTE stansiyaları quraşdırıb.

Bakcell-in 4G xidməti artıq Quba, Qusar (Şahdağ ərazisi daxil olmaqla), Xaçmaz, Siyəzən (Qalaaltı ərazisi daxil olmaqla) və Şabran rayonlarının mərkəz hissələrini əhatə edir.

Beləliklə, Bakcell abunəçiləri həmin ərazilərdə ən yüksək sürətli mobil internet xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.

“Bizim əsas məqsədlərimizdən biri abunəçilərimizi yüksək sürətli mobil internet xidmətləri ilə təkcə paytaxtda yox, bütün ölkə ərazisində təmin etməkdir. Bildiyiniz kimi, 4G şəbəkəmizin Bakı və Abşeron yarımadasının ərazisinin tam əhatə etməsi üzrə işlər başa çatdırıldıqdan sonra Gəncə şəhəri və ətrafında yerləşən ərazilərdə 4G stansiyalarının quraşdırılmasına başladıq və bununla  respublikanın bölgələrində LTE şəbəkəmizin işə salınması prosesinə müvəffəqiyyətlə start verdik. Bu yaxınlarda, yəni 2018-ci ilin yanvar ayında Bakcell şirkəti böyük məmnuniyyətlə özünün ultra-sürətli 4G mobil internet xidmətinin Bakı şəhərinin bütün metro stansiyalarında istifadəyə verilməsini elan etdi. Bu gün isə biz LTE şəbəkəsini artıq ölkənin şimal bölgəsində istifadəyə veririk. Bunun sayəsində daha çox Bakcell abunəçisi Azərbaycanda ən yüksək keyfiyyətli müştəri təcrübəsi və ən sürətli mobil şəbəkədən yararlana biləcəklər”, deyə “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers bildirib.

Bakcell-in 4G xidməti daim mobil olmaq və olduqları bütün məkanlarda genişzolaqlı internetə yüksək sürətli çıxış əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ildə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şəbəkəsi Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə ən yaxşı) adına layiq görülüb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019

Metroda sürətli internet olacaq-Yenilik

17-01-2018

Bütün Abşeron 4G-dən istifadə edə biləcək

07-10-2015

Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

09-08-2018

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

“Bakcell” 4G üzərindən səs xidmətini istifadəyə verib

12-05-2022

Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

11-10-2017

Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

03-09-2018

Bakcell Formula 1 yarışına hazırdır

26-04-2019

Bakcell ilin ən yaxşı mobil şəbəkəsi seçildi

11-02-2016

Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

11-04-2018

Bakcell-in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə

02-10-2018

Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

05-12-2018

Bakcel ən sürətli mobil şəbəkə seçilib

21-09-2018

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018

Nar LTE şəbəkəsini genişləndirir

17-08-2018

Bakcell 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir

26-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə