Previous Next
Bağla

İKTA internet operator və provayderlərinin veb-saytlarını təhlil edib

21-06-2025 11:45
İKTA internet operator və provayderlərinin veb-saytlarını təhlil edib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet telekommunikasiya xidmətləri göstərən operator və provayderlərin veb-saytlarının təhlilini həyata keçirib.

Xeberler.az bildirir ki, müxtəlif kateqoriyalar üzrə təhlillər ümumilikdə bazarın 90%-dən çox hissəsini əhatə edən 26 operator və provayderin internet informasiya ehtiyatları üzrə aparılıb.

Bu operator və provayderlərə “AG Telekom” MMC, “Alfanet” MMC, “Azoptiknet” MMC, “AzQtel” MMC, “Aztelekom” MMC, “Aznet Technologies” QSC, “Azeronline LTD” BM, “Araznet Technologies” MMC, “BeeOnline” MMC, “Boss Group” MMC, “Eurosel” MMC, “Fast Net Technology” MMC, “Fibernet” MMC, “GammaSkynet” MMC, “GSP” MMC, “Kaspian Telekom” MMC, “Konnekt” QSC, “Metronet” MMC, “Rahat Telecom” MMC, “Selnet” MMC, “Setnet” MMC, “Smart Sistemz Technoloji” MMM, “SN Telecom” MMC, “Telekom İnvest” MMC, “Teleport” MMC və “Uninet” MMC daxildir.

Müəyyən edilib ki, qeyd edilən operator və provayderlərin saytlarının 22-də kommersiya istifadəçiləri üçün aylıq internet tarifləri ilə onlayn tanış olma imkanı mövcuddur, 19-da internetə qoşulma haqqını elektron ödəniş üsulları ilə ödəmək mümkündür, 14-də internet xidmətləri ilə bağlı problemləri bildirmək üçün internet xidməti provayderi səviyyəsində şikayət mexanizmi var.

Eyni zamanda saytların 13-də yeni internet bağlantısı üçün tələb olunan addımlarla bağlı məlumatın yayımlandığı, 12-də “E-Şikayət” sistemi ilə bağlı məlumatın, 12-də internetə qoşulma üçün tələb olunan sənədlərin siyahısının, 7-də “SpeedTest” ölçmələri üçün keçidin yerləşdirildiyi müəyyən olunub.

Həmçinin təchizatçıların saytlarının 8-də internet hesab-fakturasının ümumi məbləğinə daxil olan komponentlərin istifadəçilərə izah edildiyi, 2-də yeni internet qoşulmasına tamamilə onlayn şəkildə müraciət etməyin mümkün olduğu, 1-də yeni istifadəçinin internet xidmətinə qoşulması üçün təxmini müddət barədə məlumatın yerləşdirildiyi, 1-də şikayətdə bildirilə bilən problemlərin növünün qeyd edildiyi, 1-də isə planlaşdırılan internet kəsintilərinin istifadəçilərə əvvəlcədən ictimai elanlar və ya birbaşa bildiriş vasitəsilə çatdırıldığı məlum olub. Bundan əlavə, yalnız 1 provayderin saytında şikayət etmək  üçün lazım olan sənədlərin siyahısı yerləşdirilib.

Təhlil aparılmış internet operator və provayderlərin veb-saytlarında  yeni internet xidmətinə qoşulma prosesinin statusunun izlənilməsi, aylıq internet tariflərindəki dəyişikliklər barədə istifadəçilərin ən azı bir hesablaşma dövrü əvvəlcədən məlumatlandırılması və şikayət prosesinin bir hissəsi olan addımlar haqqında məlumatın verilməsi xidmətləri mövcud deyil.

Aparılan təhlillərin nəticələri toplanaraq mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq olaraq operator və provayderlərə təqdim edilib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb

19-12-2024

Beş şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verilib

03-12-2015

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026

8 provayder müraciət etdi-"Aztelekom" və "BakıTelekom" haqqında iş qaldırıldı

10-02-2023

“Azercell” mobil tətbiqində “Aztelekom”a aid bölmə yaradılıb

05-11-2025

Azərbaycanda uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatdırılıb

24-07-2024

Azərbaycanda üç provayderin uçotu ləğv olundu

25-01-2024

Son iki ayda platforma operatorlarına qarşı 11 protokol tərtib olunub

27-12-2024

MTRŞ 5 kabel şəbəkə yayımçısına lisenziya verib

27-12-2021

Audiovizual Şurasının növbəti iclası keçirilib

11-04-2023

İKTA: “E-Şikayət” provayderlər üzrə xidmət keyfiyyətini müqayisə edir

29-01-2026

İKTA və “Aztelekom” MMC arasında birgə işçi görüş olub

30-09-2023

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

30-05-2025

Azərbaycanda 3 telekomunikasiya şirkəti birləşir

03-12-2025

Azərbaycan internet bazarına 3-cü “Backbone” provayderi gəlir

17-02-2023

"Aztelekom" MMC Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur

02-10-2023

Uçota alınan internet provayderlərin sayı artdı

23-02-2024

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

Azərbaycanda 129 operator və internet provayderin uçota alınması təmin edilib

21-07-2023

Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib

27-02-2025

Azərbaycanda iki internet provayderi cərimələnib

15-03-2024

“ABC-TELECOM” MMC ilə bağlı qərar qəbul olunub

07-06-2022

ADY İKT təhlükəsizlik məhsulları və lisenziyalarını aldı

06-11-2023

“Aztelekom” vətəndaşlara xəbərdarlıq edib

08-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə