Sony şirkəti Aerosense adlı pilotsuz uçan aparatların (dronlar) prototipini təqdim edib. Yapon istehsalçısı biznes müştərilərinə aeroçəkilişlər təqdim etmək planları haqqında da məlumat verib.
Xeberler.az xarici mətbuta istinadən məlumat verir ki, korporasiya 2016-cı ilin birinci yarısında təşkilatın kvadrokopterlərinin iştirakıyla kənd təsərrüfatı, inşaat və digər sektorlarda pullu xidmətlər təqdim etməyə başlayacaq.
Distant idarə olunan qurğular müəyyən ərazi üzərində yüksək keyfiyyətli fotoçəkiliş təqdim etməklə uçuşlar həyata keçirəcək, o cümlədən şəkilləri bulud xidmətinə yükləyəcəklər.
AS-MC01-P modeli 3 kq çəkiyə malikdir və 15-20 dəqiqə ərzində fasiləsiz uçmağa qadirdir. Aparat GPS-qəbuledici, naviqasiya sistemi və yüksək sürətli, simsiz məlumatların ötürülməsi modulu olan TransferJet quraşdırılmış Wi-Fi kontrolleri ilə təchiz edilmişdir.
Şirkət tərəfindən elan edilmiş daha bir məhsul təyyarə şəklində hazırlanmış AS-DT01-E güclü şaquli uçuş dronudur. O 170 km/saat sürət toplaya və ən azı iki saat fasiləsiz uça bilər. 7 kq ağırlığında olan aparat 3 kq yükü daşımaq gücünə malikdir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri