Sony-dən yeni Memory Stick kartı

26-08-2009 / 19:21
Sony şirkəti Memory Stick kartlarının tutumunu daha da artırır. Sonuncu model Memory Stick PRO Duo ardıcıllığında ən yüksək tutuma sahibdir, həcmi 32 GB-dır.

Bu da 225 dəqiqə, yəni 3 saat 45 dəqiqəlik Full HD video yığa bilir. Sony Handycam işlədənlər üçün bu kartın satışı sevindirici bir xəbərdir.

Cyber-Shot istifadəçiləri isə bu yaddaş kartına 29 dəqiqəlik 720p video klip yığa bilər. Bu müddət 1280 x 720 həllolma əmsalı/dəqiqliklə 30FPS mono nizamlarda etibarlıdır. 32GB yaddaşa, 12 megapiksel həllolma əmsalı/dəqiqlikdə 6.500 fotoşəkil yerləşdirmək olar.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə