Sony noutbuk konfiqurasiyasını seçmək imkanı verir

23-10-2008 / 11:18
Sony yeni xidmət təqdim edəcək ki, onun sayəsində müştərilər noutbuk alarkən ən yaxşı konfiqurasiyanı sərbəst seçə biləcəklər.
VAIO leptopunun TT, Z və CS seriyalarını əldə edərək,  VAIO by you saytının istifadəçiləri istədikləri prosessor modelini, sərt diski, optik ötürücünü, videokartları, operativ yaddaş həcmini və zəmanət şərtlərini sifariş verə bilərlər.
PC Pro-nun məlumatına görə, belə xidməti Dell şirkəti də təklif edir. VAIO by you xidmətinin yenilənməsi, gələn ay bazara çıxarılacaq yeni TT seriyasının təqdimindən sonra baş verdi.
VAIO TT-nin baza modeli 1,32 kq-dır. Istehsalçılar leptopu 11 düymlük monitorla, 4 Gb operativ yaddaşla və 160 Gb vinçesterlə təchiz ediblər. Bu xüsusiyyətlərin əsasında İntel Core 2 Duo prosessoru durur. Bundan başqa, Sony xüsusi olaraq məlumatların şifrələnməsi sistemini təqdim edib. Noutbuk həmçinin simsiz əlaqəli Wi-Fi, Bluetooth və 3G təqdim edir.
VAIO by you-nun köməyilə istifadəçilər avtomatik olaraq ekranın əlvanlığını düzənləyən xarici işıqlandırma intensivliyi sensoru əlavə edə bilərlər ki, onun hesabına enerji sərfini azaltmağa nail olacaqlar. Sony şirkətinin bəyanatına görə, Quick Charge funksiyası isə batareyanın 50 faizini bir saat ərzində bərpa edə bilir.
Sony sayt-konstruktoru 24 oktyabrda buraxılacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə