Previous Next
Bağla

Asus VivoWatch modelini təqdim edib

14-04-2015 11:44
Asus VivoWatch modelini təqdim edib

Asus ZenWatch-dan sonra daha bir modelini təqdim edib.

Xəbərlər-in 4pda.ru-ya istinadən verdiyi məlumata görə, ötən il satışa çıxarılan cihazdan fərqli olaraq yeni “ağıllı saat” VivoWatch adlanır. Model 10 gün batareyasız işləmək xüsusiyyətinə malikdir. Paslanmayan polad çərçivə, ürək sürəti monitoru və səhiyyə mərkəzli tətbiqlər paketi məzmunu olan VivoWatch-da rəngli LED bildiriş işığı mövcuddur.

Asus Vivo Watch toz və suya davamlı IP67 xüsusiyyətinə sahibdir. Hal-hazırda VivoWatch-ın qiyməti məlum deyil, amma cihazın ZenWatch modeli kimi 199 dollardan satışa çıxarılacağı bildirilir.

Ruhəngiz Muradova

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə