Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında akademiyanın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin (İƏEPİ) təşkilatçılığı ilə “Sosial media və milli dəyərlər” mövzusunda 4 günlük təlimlər başlayıb.
Xəbərlər-in verdiyi məlumatına görə, İƏEPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev bildirib ki, təlimlər çərçivəsində iştirakçılara sosial şəbəkələrdən səmərəli və düzgün istifadə, milli dəyərlərin qorunması üçün atılması lazım olan addımlar barədə məlumatlar veriləcək.
B. Əliyev deyib ki, müxtəlif sosial şəbəkələrdə Azərbaycanı, milli-mənəvi dəyərlərimizi gözdən salmağa çalışan qruplar var və bu qruplara qarşı effektiv mübarizə aparmaq üçün belə tədbirlərin keçirilməsi əhəmiyyətlidir.
Tədbirdə çıxış edən AMEA Mərkəzi Kitabxanasının rəhbəri Leyla İmanova, internet media üzrə mütəxəssis Ellada Mustafayeva və başqaları layihənin əhəmiyyətindən danışıblar, gənclərin maarifləndirilməsi işində mühüm rolu olan belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Xeberler.az
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət