Previous Next
Bağla

AMEA ilin ən yaxşı veb-saytlarını açıqladı

10-03-2017 18:11
AMEA ilin ən yaxşı veb-saytlarını açıqladı

AMEA-nın elmi müəssisə və təşkilatları arasında 2016-cı il üçün “İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə qalib saytların müəyyən olunmasına dair aparılan monitorinqin nəticələri açıqlanıb.

AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən həyata keçirilən monitorinq Rəyasət Heyətinin “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi və stimullaşdırılması haqqında” 14 mart 2016-cı il tarixli sərəncamına əsasən aparılıb.

Xeberler.az-ın məlumatına görə, direktorlar Şurasının iclasında AMEA prezidenti, akademik Akif Əlizadə müasir dövrdə veb-saytların geniş imkanlara malik olduğunu bildirib.

“Azərbaycan elminin ümumdünya informasiya məkanına uğurlu inteqrasiyasında vacib rol oynayan amillərdən biri məhz elmlə bağlı informasiya təminatının gücləndirilməsidir” – deyə qeyd edən AMEA rəhbəri bu baxımdan elmi fəaliyyətin yüksək səviyyədə təbliği, müxtəlif elm sahələri üzrə elektron informasiya resurslarının yaradılması və inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Sonra AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini, Monitorinq Qrupunun rəhbəri Ülviyyə Rzayeva yekun hesabatı təqdim edib.

Məruzəçi ümumilikdə akademiyanın 6 elmi bölməsi üzrə 40 institut və təşkilatın rəsmi informasiya resursunun analiz edildiyini bildirib:

“Monitorinqin aparılmasında əsas məqsəd “İnformasiya əldə etmək haqqında” Qanunun tələbləri baxımından elmi müəssisə və təşkilatların saytlarında informasiyaların, həmçinin müraciətlərin kəmiyyət göstəricilərini nəzərə almaqla, mövcud vəziyyəti araşdırmaq, o cümlədən saytların fəaliyyətini stimullaşdırmaq, elmin populyarlaşdırılması və kütləvi təbliğində xidmətləri olan jurnalistləri, yaradıcı kollektivi həvəsləndirməkdir”. 

Monitorinqin 2 meyar üzrə - müraciətlərin və xəbərlərin sayına görə aparıldığını vurğulayan Ü.Rzayeva veb-saytların fəaliyyəti ilə bağlı müsbət tendensiyaları, o cümlədən mövcud problemləri və tövsiyələri diqqətə çatdırıb.

O  bildirib ki, ilk üç yerdə Milli  Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi qərarlaşıb.
Monitorinq zamanı elmi müəssisə və təşkilatların saytlarının əksəriyyətində informasiya təminatı sahəsində müsbət dinamikanın müşahidə olunduğunu qeyd edib:

“Akademiyanın fəaliyyətinin, aparılan elmi tədqiqatlar haqqında zəruri məlumatların və s. ictimaiyyətə operativ çatdırılmasına görə səmərəli fəaliyyət göstərən saytlar üstünlük təşkil edir”.

Ü.Rzayeva bu gün elmin populyarlaşdırılması və kütləvi təbliğində İnternet-medianın mühüm rol oynadığını söyləyərək, veb-saytların fəaliyyətinin yüksək səviyyədə təşkili, institutlarda ictimaiyyətlə əlaqələr şöbələrinin yaradılmasının akademiya həyatında taleyüklü məsələ olduğunu bildirib:

 “İnformasiya müharibəsində qalib gəlmək üçün elmi jurnalistlər ordusunun formalaşdırılması və inkişaf etdirilməsi inanırıq ki, elmin populyarlaşdırılması və təbliğinə dəyərli töhfə verəcək”.  

Tədbirdə çıxış edən institut direktorları monitorinqin əhəmiyyətini vurğulayaraq, növbəti mərhələdə veb-saytların çoxmeyarlı qiymətləndirilməsini təklif ediblər.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

06-02-2016

Veb-saytların monitorinqi aparılıb

17-09-2015

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

“ElmTV İnternet televiziyası” şöbəsi yaradılıb

03-03-2016

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015

AMEA-nın televiziyası fəaliyyətə başlayır

23-11-2015

“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

07-10-2016

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

AMEA-nın veb-portalının monitorinqi keçiriləcək

21-09-2016

Yeni texnologiya və innovasiyalar nümayiş etdiriləcək

27-01-2016

Elmi jurnalistikanın yaradılmasına başlanıb

04-06-2014

AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

16-03-2023

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

Bu idarələr yeni sayt təqdim etdi

23-04-2018

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014

Viki-mərkəz fəaliyyətini davam etdirir

02-10-2019

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə