Previous Next
Bağla

Elmi jurnalistikanın yaradılmasına başlanıb

04-06-2014 20:20
Elmi jurnalistikanın yaradılmasına başlanıb

“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycanda elmi jurnalistikanın yaradılması istiqamətində işlər aparır”.

Xəbərlər-in verdiyi məlumata görə, bunu AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan ictimaiyyətlə əlaqələrə məsul əməkdaşların ümumi toplantısında Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov bildirib. Onun sözlərinə görə, elm və texnologiyanın sürətlə inkişaf etdiyi, intellektual nailiyyətlərin insan həyatına durmadan daxil olduğu müasir dövrdə elmin müxtəlif sahələri üzrə biliklərin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Yeni biliklərə əsaslanan qlobal inkişaf prosesi elmi-texniki, sosial-iqtisadi və humanitar elmlərdə tədqiqatların və nəticələrin təbliğini müasir informasiya cəmiyyətinin qarşısına tələb olaraq qoyur.

Qloballaşma dinamikasının geniş vüsət aldığı Azərbaycanda bu tələbin icrasının məsuliyyəti yerli KİV-in, həmçinin elmi tədqiqat müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə çalışan əməkdaşların üzərinə düşür.

Azərbaycançılıq prinsiplərinə söykənən milli-mənəvi və dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, həmçinin Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin elmi əsasda ictimaiyyətə çatdırılması ölkə jurnalistləri qarşısında yeni vəzifə kimi formalaşıb.

Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının gücləndirilməsi, alim və mütəxəssislərin elmi fəaliyyətinin əlaqələndirilməsi, həmçinin elmi nailiyyətlərin cəmiyyətə, o cümlədən təhsil müəssisələrinə çatdırılması mühüm vəzifələr kimi yer alır

“Elmin populyarlaşdırılması və innovativ nailiyyətlər barədə məlumatların cəmiyyətə çatdırılması işi məhz həmin vəzifələrdən irəli gəlir. Bunu nəzərə alaraq, AMEA rəhbərliyi 2013-ci il mayın 29-da Rəyasət Heyətinin qərarı ilə İctimaiyyətlə əlaqələr şöbəsini yaradıb. Son 1 il ərzində şöbənin təşəbbüsü ilə Akademiyanın 40-dan çox elmi müəssisə və təşkilatına ixtisası və ya sənəti jurnalistika ilə əlaqəli olan şəxslər cəlb olunub. Nəticədə ictimaiyyətlə əlaqələrə məsul əməkdaşlardan ibarət geniş şəbəkə yaradılmış, müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə müntəzəm və operativ əlaqə sistemi qurulub. Şəbəkə AMEA-nın və elmin təbliğinə xidmət edir. İlkin mərhələdə şəbəkənin üzvlərinə elmin təbliği xüsusiyyətləri, elmi xəbərləri hazırlama prinsipləri və mexanizmi çatdırılmışdır. Hazırda Akademiyanın bütün elmi müəssisə və təşkilatlarının fəaliyyəti geniş işıqlandırılır”.

Şəbəkənin gələcəkdə elmi jurnalistlər komandası kimi inkişaf edəcəyinə inandığını bildirən S.Hüseynov elmi jurnalistikanın mahiyyətindən də danışıb. Onun sözlərinə görə, qələm peşəsinin Azərbaycanda indiyəcən formalaşmamış bu sahəsi elm və texnologiyada baş verən yenilikləri, sosial həyatımızın problemləri və inkişafı ilə bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir. Elmi jurnalistikanın funksiyası yalnız elmi geniş kütləyə çatdırmaq deyil, həmçinin alimlərlə oxucu kütləsi arasında əlaqə yaratmaq, o cümlədən elm adamlarını müxtəlif ölkələrdəki həmkarları ilə əlaqələndirməkdir

“Ölkəmizdə elmi jurnalistikanın formalaşması və inkişafı məqsədilə layihə, o cümlədən təlim və seminarların, yazı müsabiqələrinin keçirilməsi nəzərdə tutulur. Bu kimi layihələrə Akademiyanın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən jurnalistlərlə yanaşı, yerli KİV-in də əməkdaşları cəlb olunacaq, onlara xarici ölkələrdə təşkil edilən müvafiq təlim və seminarlarda iştirak şansları yaradılacaq”.

Bundan əlavə, şöbə tərəfindən “Əyləncəli elm” layihəsinin əsası qoyulub və AMEA-nın gənc alimləri ilə birgə Şamaxı və Xaçmazda məktəblilərlə görüşlər keçirilib. Fizika, Radiasiya və Kimya Problemləri institutları, həmçinin Mərkəzi Nəbatat Bağının gənc tədqiqatçıları şagirdlərə maraqlı təcrübələr nümayiş etdiriblər “Burada məqsəd regionlarda gənc nəsil arasında elmi təbliğ etmək, onlarda elmə marağı artırmaqdır. AMEA-nın ictimaiyyətlə əlaqələr sahəsində əsas hədəfi Azərbaycanda elmin populyarlaşması, o cümlədən elmi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya elmindəki nailiyyətlərin ölkəmizdə təbliğidir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015

AMEA ilin ən yaxşı veb-saytlarını açıqladı

10-03-2017

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014

Azərbaycanda ilk dəfə olaraq Elm Günü qeyd olunacaq

27-03-2019

AMEA-nın televiziyası fəaliyyətə başlayır

23-11-2015

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

27 Mart - Azərbaycanda Elm Günüdür

27-03-2023

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022

Azərbaycanda elektron elmi-intellektual baza yaradılır

02-03-2016

“ElmTV İnternet televiziyası” şöbəsi yaradılıb

03-03-2016

AzScienceNet-in infrastrukturu yenidən qurulub

29-04-2016

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

16-10-2015

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

RİTN ilə AMEA arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

29-10-2009

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015

Yeni texnologiya və innovasiyalar nümayiş etdiriləcək

27-01-2016

“Azərbaycanda elm və texnologiya üzrə Ali Şura yaradılmalıdır”

21-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə