Previous Next
Bağla

Sosial mediada hansı paylaşmalar qıcıq yaradır?

10-07-2015 11:30
Sosial mediada hansı paylaşmalar qıcıq yaradır?

Sosial şəbəkələrdə dostlarımızı, məşhurları, ictimai şəxsləri və başqa insanları izləyirik. Gəlin bir düşünək izlədiyimiz bu insanlar paylaşım etməsələr sosial şəbəkələrə daxil olmağımızın bir səbəbi qalarmı?

Sosial media  paylaşımlar olmadan heç bir məna ifadə etməyən sadə bir ağ kağızdan fərqsiz qalardı.

Elə bu dəfəki söhbətimizdə sosial mediadakı paylaşımlar oldu.

“Mənim 100-lüyüm”-ə  “Daha çox nələri paylaşmağa üstünlük verirsiniz və hansı növ paylaşımlar sizi qıcıqlandırır və ya etik hesab etmirsiniz?” sualını ünvanladıq.

Seçilmiş on cavabı sizlərə təqdim edirik.

Şəfəq Əsgərli- Öz fikirlərini sərt şəkildə yazıb şərh bölmələrində insanlarla kəskin mübarizə aparmaq etik deyil. Bir hadisə baş verəndə xəbər saytı kimi  xəbər lentini  dolduran insanlar məni qıcıqlandırır. Öz paylaşımlarıma gəldikdə isə dəqiq özümün araşdırmam olmadan hansısa hadisəni paylaşmaqdan çəkinirəm. Daha çox ixtisasımla bağlı coğrafi hadisələri paylaşmağa üstünlük verirəm. Səyahət etdiyim yerləri də paylaşmağı da sevirəm.

Sabir Babazadə- Məni əsas olaraq bir nəfər tərəfindən və bir mövzu barəsində dayanmadan yazılan mövzular narahat edir. Bir də paylaşımları, ancaq, tənqid olan insanlar çox süni gəlir mənə. Özüm isə özümün maraqlı zənn etdiyim hər cür paylaşımı edirəm. Siyasətdən ve dindən uzaq olmaga çalışıram, çünki sonu olmayan və bezdirici müzakirələrə səbəb olur.

Nərmin Mustafayeva- Ünvanlı atmacalar, sevgi statusları ve həyatında olan problemləri paylaşanlara qıcıq oluram. Məsələn, orucluqdur. Bunu hamı bilir. Amma bəziləri bu gün nə bişiribsə onun şəklini qoyur. Biz də ona baxıb şişəcəyik axı. Paylaşan da  günah qazanacaq. Bir də  ailə problemlerini yazanları başa düşə bilmirəm. Birdə ki, mənasız bir şəkil qoyub 50 adamı işarə edib "like və şərh. 10ballıq sistemle səs verin" yazanlara qıcıq oluram.

 İlqar Adgözəlov- Ən çox əsəbləşdiyim Facebook istifadəçilərinin qruplar açıb ora məni daxil etmələri,  orada da adı belə məlum olmayan xəbər saytlarındakı xəbərlərin baxış sayını artırmaq üçün 50 dəfə həmin xəbərləri paylaşmaqlarıdır. Elə bil başının üstündə durub xəbəri sənə məcbur oxudurlar.

Könül Əliyeva- İnsanların şəxsi həyatını manşet etmələrinin əleyhinəyəm. Cəmiyyətimizdə yetərincə müzakirə olunacaq məsələlər var. Bunlardan ən önəmlisi məncə, gender məsələləridir. Qadınlarımız haqqı ödənilən və ödənilməyən əməklə məşğul olaraq, iqtisadiyyatda fəal iştirak edir, siyasi həyat və şəxsi təşəbbüs sahəsində əhəmiyyətli xidmət göstərirlər. Bu məsələlərə dair paylaşmalar vacibdir. Paylaşmağa çəkindiyim isə əmin olmadığım xəbərdir .

Elvin Cəbizadə - Bir neçə şablon zarafatı hər trenddə ortaya atıb "söz oyunu" oynayanlar çox ürəkbulandırıcı görünür mənə. Çox status yazıram, bunun bir çoxu üçün bezdirici olma ehtimalını da bilirəm. Amma abunəlikdən çıxmaq kimi funksiyalar var deyə, bundan narahat deyiləm.
Xüsusi çərçivəm yoxdur, amma ifrat şeylərdən qaçıram.

Günel Təhməzzadə- Ən çox pafoslu statuslar yazanlara , bir də özünü olduğundan artıq göstərənlərə qıcıq oluram.

Amal Nəzərli- Kimisə təhqir edən, kiminsə həyatına qarışan statuslar və öz eqosunu aşırı təmin etməyə çalışan tipli yazılan statuslar adamda qıcıq oyadır. Özüm isə ,əsasən, məlumatlandırıcı xarakterli, siyasi və öz fəaliyyətimlə bağlı statuslara üstünlük verirəm. Ehtiyat edib paylaşmadığım statuslar ağlıma gəlmir. 

Əminə İlyaslı- Mən daha çox ürəyimdən nə keçirsə yazmağa üstünlük verirəm  və qabağıma maraqlı məlumat çıxanda paylaşıram. Bəyənmədiyim statuslar isə içində təhqir və yersiz söyüş keçən statuslardır.

Məhəmməd Türkmən-  Qıcıqlandıranları “unfollow” edirəm, keçib, gedir. Mən ,əsasən, gündəmdə olan hadisələrlə bağlı fikrimi yazıram. Və ya gördüklərimdən, eşitdiklərimdən... Bəzən də keçmişdən, gələcəkdən... Əsas odur ki, düşündüklərimi yaza bilim. Onları sözlə ifadə edə bilim, təhqirlə yox. Çəkindiyim də budur. Təhqiramiz ifadələr işlətmədən, iradımı, sözümü yaza bilim. Nə qədər qəzəbli olsam da, söyüşdən də iti sözlərdən istifadə edim, amma təhqir etməyim. Çünki onu sadəcə mən oxumuram. Bir də dini statuslar yazmaqdan çəkinirəm. Çünki hər zaman dava düşür. Şərhdə "qan" tökülür.  Mən də bunu istəmirəm.

Mövzumuzla bağlı media eksperti Azər Həsrət Xeberler.az-a bildirib ki,insanlar sosial mediada ümumi qəbul edilmiş davranış qaydalarına əməl etməlidir: “Sosial media yeni bir müstəvidir. Yəni, əgər sosial media ortaya çıxana kimi insanlar fərqli müstəvilərdə özlərini ifadə necə ki, hər kəs digər müstəvilərdə (qəzet, TV, radio, ictimai yerlər və s.) özünü ifadə edərkən ümumi qəbul edilmiş davranış qaydalarına əməl etməliydi və edirdisə, sosial mediada da eyni qaydada müəyyən edilmiş qaydalara əməl etməlidir. Yəni, necə ki, sosial mediaya qədər “bir insanın azadlığı digər bir insanın azadlığı başlayan yerə qədərdir” prinsipi işləyirdisə, burda da eyni qayda keçərlidir. Başqa bir prinsip isə “özünə rəva bilmədiyini başqasına da rəva bilmə” şəklindədir. O baxımdan heç də düşünmək olmaz ki, sosial media mütləq şəkildə başqa müstəvilərdə ifadə edilə bilməyənlərin ifadə edilməsi üçün daha üstün bir yerdir. Qanun müstəvidən asılı olmayaraq hər yerdə, o cümlədən sosial mediada da eyni dərəcədə keçərlidir”.

Ekspert qeyd edib ki, sosial media istifadəçiləri düşünməməlidir ki, evdə kompüter arxasında tək oturub nəsə yazırlarsa bu, onları məsuliyyətdən azad ediir: “Əsla. Əksinə, kompüter arxasında yazılanların daha geniş auditoriyaya çıxış imkanı var və o baxımdan məsuliyyət də, əslində, daha artıq olmalıdır. Bunu nəzərə alaraq canlı münasibətlərdə olduğundan daha artıq məsuliyyət hiss etməlidir hər bir sosial media istifadəçisi”.

Azər Həsrət onu da qeyd edib ki, yeni texnologiyalar artıq hər bir insanın, ümumiyyətlə hər bir canlının müəyyən edilməsinə imkan verir. Ona görə də gizli adlar altında başqalarını təhdid və təhqir edənlər heç də düşünməsinlər ki, bu yolla məsuliyyətdən yaxa qurtara bilərlər. Azərbaycan Respublikası “Cinayət məcəlləsi”nin məhz bu məsələlərə görə cəza nəzərdə tutan maddələri (147 və 148) var ki, heç bir problemsiz tətbiq edilə bilər. Burada ictimai işlərə cəlb etməkdən tutmuş konkret məbləğdə cərimə və 3 ilədək həbs nəzərdə tutulur. Ona görə də sosial media istifadəçiləri həm də məsuliyyətli olmalıdırlar ki, xoşagəlməz hallarla rastlaşmasınlar”.

                                                                                       

Ülviyyə Alıxanova 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sosial mediada netiket qaydaları necə tənzimlənir ?

16-06-2015

“Gündəmdə olan mövzu sosial şəbəkələrdə necə müzakirə olunmalıdır?”

27-02-2015

«Sosial şəbəkələrdə yayılan neqativ məlumatlara görə cinayət işi açıla bilər»

04-04-2013

“Sosial mediadakı “aslan”lar məni narahat edir” - Rubrika

28-07-2015

“Sosial mediada paylaşımların öz dilimizdə olmaması məni narahat edir”

06-06-2015

Gənclər Facebook-dan səmərəli yararlana bilirmi?

18-12-2014

“Facebook-dan bir qəpik də qazanmamışam”

02-03-2015

“Sosial şəbəkələrdə paylaşımlarda diqqətli olmaq lazımdır”

10-08-2015

“Azərbaycanda sosial medianın əhəmiyyəti artıb”

05-06-2015

Real cəmiyyətin virtual adamları - Problem nədədir?

01-07-2015

Prezident: "Ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm"

21-07-2023

Ekspert kibercinayətkarlıqla mübarizədən danışdı

23-07-2018

“Günahı sosial şəbəkədə yox, özümüzdə axtarmalıyıq”

27-10-2017

“İstanbulda “check-in” edən qızı 10 dəqiqə sonra Bakıda gördüm”

30-05-2015

“Qadın-kişi münasibətlərində virtual tanışlığa ciddi yanaşmaq lazımdır”

11-06-2015

Sosial şəbəkələrin xəstəlik yaradıcılığı

07-01-2011

Ekspert deputatları, siyasətçiləri, ictimai fəalları - Qınadı

04-04-2019

“Yazışmalardan isti çayın qoxusu gəlmir”  - “Mənim 100-lüyüm” layihəsi

22-01-2015

“Statusunuza görə sizi hətta işdən azad edə bilərlər”

03-04-2015

“Aparıcıların məşhur olmağı üçün sosial şəbəkələr lazımdır”

28-09-2015

Osman Gündüz : Bu tip addımların bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur

06-02-2019

ABŞ məmurları «Twitter»çidirlər

11-06-2010

“Bəzi insanlar Twitter hesabına bir növ şəxsi Hayd Parkı kimi baxır”

09-01-2015

“Deputat Azərbaycanda sosial media sahəsindəki inkişafdan xəbərsizdir”

18-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə