Previous Next
Bağla

Audiovizual Şuranın növbəti iclası keçirilib

08-10-2025 18:18
Audiovizual Şuranın növbəti iclası keçirilib

Audiovizual Şuranın növbəti iclası keçirilib.

Xeberler.az bildirir ki, iclasda son aylarda efirə gedən televiziya proqramlarında ayrı-seçkiliyi ehtiva edən yanaşmaların artan tendensiyası ilə bağlı ciddi narahatlıq müzakirə olunub.

Qeyd olunub ki, cari il ərzində aparılmış monitorinqlər nəticəsində "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin pozulması, yəni müxtəlif növ ayrı-seçkiliyin təbliği nəticəsində ilin müxtəlif vaxtlarında "Space TV", "Xəzər TV", "ARB" kanallarına rəsmi xəbərdarlıq verilmiş, bir dəfə "Space TV" kanalının yayımı 6 saatlıq, "Kanal S" kanalının yayımı isə 24 saatlıq dayandırılıb. Bundan başqa, ictimai həssaslıq doğuran bu və ya digər mövzulara balanslı yanaşılması məqsədilə yayımçılara mütəmadi olaraq müvafiq tövsiyələr verilib.

İclas zamanı, bu kontekstdə, "Baku TV" televiziya kanalının efirində 24 sentyabr 2025-ci il tarixdə yayımlanan "Amin" proqramı zamanı səsləndirilən fikirlər də ciddi müzakirə olunmuşdur. Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı qonaq tərəfindən "...Mən qadınam. Kişi həmişə qabaqda getməlidi. Bu, həyatın qanunudu və bu qanunu sən pozsan, Allah sənə oğul övladından cəza çəkdirəcək... Bu qanundu, Allahın qanunudu... Allah-təala qadını sırf kişiyə tabe elətdirir..." fikirləri səsləndirilib.

Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

İclas zamanı məsələ diqqətlə müzakirə edilmiş və yekdilliklə bu fikirlərin cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəlinmişdir. Belə ki, proqramda qonaq qismində çıxış edən şəxs tərəfindən səsləndirilən fikirlərdə cinsi ayrı-seçkiliyi təşviq edən, qadın və kişi bərabərliyinə zidd olan ifadələrə yol verilib. Çıxış zamanı bu fikirlər dini və fəlsəfi yanaşmalarla əsaslandırılmağa cəhd edilmiş, lakin təqdim olunan mövqelər obyektiv dini və ya elmi əsaslardan kənar, subyektiv və ayrı-seçkilik xarakteri daşıyan məzmunla ifadə olunub.

Həmçinin, qonağın fikirlərinə aparıcının təsdiqləyici reaksiya bildirməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilib. Audiovizual Şuranın üzvləri "Baku TV" kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəliblər.

Audiovizual Şura media məkanının maarifləndirici, obyektiv və diskriminasiyadan kənar prinsip əsasında fəaliyyət göstərməsinin zəruriliyini yayımçılara bir daha xatırladır, onlardan yayım zamanı qanunvericiliyin normalarını əsas tutmalarını tələb edir.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

13-06-2025
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

09-10-2023
"Space TV"-nin yayımı 6 saatlıq dayandırılacaq

"Space TV"-nin yayımı 6 saatlıq dayandırılacaq

13-09-2025
Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

17-11-2022
Audiovizual Şuranın növbəti iclası keçirilib

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024
Audiovizual Şura "Space TV"yə xəbərdarlıq edib

Audiovizual Şura "Space TV"yə xəbərdarlıq edib

21-10-2025
4 televiziya kanalına xəbərdarlıq edildi

4 televiziya kanalına xəbərdarlıq edildi

01-05-2023
Telekanallarda son səkkiz ayda doqquz ciddi pozuntu faktı aşkarlanıb

Telekanallarda son səkkiz ayda doqquz ciddi pozuntu faktı aşkarlanıb

02-09-2024
Azərbaycanda üç yeni radio açılacaq

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022
"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

09-01-2026
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024
Audiovizual Şurasının növbəti iclası keçirilib

Audiovizual Şurasının növbəti iclası keçirilib

11-04-2023
Audiovizual Şura "ATV Plus"u  məhkəməyə verib

Audiovizual Şura "ATV Plus"u məhkəməyə verib

09-10-2024
Azərbaycan Respublikası Audiovizual Şurasında görüş keçirilib

Azərbaycan Respublikası Audiovizual Şurasında görüş keçirilib

21-02-2023
“Digitürk Azərbaycan”a universal platforma lisenziyası verilib

“Digitürk Azərbaycan”a universal platforma lisenziyası verilib

22-04-2025
Audiovizual Şura: Reklamlarda Hitlerin obrazından istifadə edilməsi qəbulolunmazdır

Audiovizual Şura: Reklamlarda Hitlerin obrazından istifadə edilməsi qəbulolunmazdır

11-03-2022
Audiovizual Şurada TV yayımçılarının proqram rəhbərləri ilə görüş keçirilib

Audiovizual Şurada TV yayımçılarının proqram rəhbərləri ilə görüş keçirilib

23-02-2022
Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib

Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib

21-05-2025
Audiovizual Şurada televiziya yayımçıları ilə görüş keçirilib

Audiovizual Şurada televiziya yayımçıları ilə görüş keçirilib

24-02-2026
Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

14-06-2023
Azərbaycanda yeni radio açılır

Azərbaycanda yeni radio açılır

24-01-2024
100-dən çox xarici televiziya kanalı hüquqi sənədsiz  retranslyasiya olunub

100-dən çox xarici televiziya kanalı hüquqi sənədsiz retranslyasiya olunub

21-11-2024
Altı ayda telekanallarda 5 qanun pozuntusu aşkarlanıb

Altı ayda telekanallarda 5 qanun pozuntusu aşkarlanıb

21-07-2025
Bu il televiziyalarda 323 pozuntu aşkarlanıb-Xəbərdarlıq edildi

Bu il televiziyalarda 323 pozuntu aşkarlanıb-Xəbərdarlıq edildi

26-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə