Startap Günlərindən nə gözləyirik?

26-10-2015 / 11:12

Məlumat verdiyimiz kimi,  noyabrın  6-da Yüksək Texnologiyalar Parkında Startap Günləri  başlayacaq və 3 gün davam edəcək.

Hazırda  Startap Günlərinə qeydiyyat  davam edir.

Xeberler.az olaraq Startap  Günlərinə gənclərin  necə yanaşması ilə maraqlandıq.

Görəsən, gənclər , biznes ideyası olan  şəxslər  bu ilki  Startap Günlərinin keçirilməsinə necə yanaşır, ideya ilə Günlərdə iştirak etməyi düşünürlərmi?

Tədbirə qatılmaq istəyənlər Startap Günlərində necə təmsil olunacaq, gözləntiləri nələrdir?

Həmçinin artıq  startap ekosistemində tanınmış  mütəxəssislər Günlərlə bağlı fikirlərini Xeberler.az-la bölüşüb.

"Startap Azərbaycan " müsabiqəsindən tanıdığımız 11-ci sinif şagirdi Həmzə  Hüseynli deyir ki, bu il dərsləri ağır olduğu üçün bütün diqqətini dərslərinə yönəldib deyə Startap Günləri ilə bağlı məlumatı gec əldə edib.  Həmzə Hüseynli qeyd edib ki,  startap sahəsinə  böyük marağı var və o, öz biznes ideyası ilə Startap  Günlərində iştirak edəcək.

Elxan Bayramlının isə bütün ideyaları həyata keçib və hazırda yeni ideyası olmadığı üçün  Startap Günlərinə qatılmayacaq:

“Ötə il Günlərdə ideyallarımla  iştirak etdim.  Keçən ilki ideyaların çoxu reallığa qovuşub. Əminəm ki, bu ilki Günlər də ötən ilki kimi böyük rəğbətlə qarşılanacaq. Hazırda xüsusi bir ideyam olmadığı üçün Günlərdə iştirak etməyi düşünmürəm”.

Pərviz Həbibli  böyük həvəslə Günlərə hazırlaşır. O, artıq öz biznes ideyası ideyası ilə  Startap Günləri üçün  qeydiyyatdan keçib:

“Maraqlı tədbirdir. Günlərdən gözləntilərim çoxdur. İnanıram ki, qəbul olunacağam və layihəmi həyata keçirmək üçün komanda formalaşdıra  biləcəm”.

4-cü kursda təhsil alan Murad Məmmədzadə isə cəlbedici bir ideyası olmadığı üçün yalnız iştirakçı kimi tədbirə qatılmağı düşünür.

Fərid Pərdəşünas deyir ki, həyata keçməmiş çox  ideyası var və bu ideyaları Startap  Günlərində təqdim edəcək:

“ Günlərdə iştirak etməyə hazırlaşıram.  Bu kimi tədbirlərin keçirilməsi startap mühiti üçün olduqca vacibdir.Düşünürəm ki,  Günlər startapçılar üçün faydalı olacaq. Gözləntilərim isə keçiriləcək təlimlərdən faydalı məlumatlar, tövsiyələr əldə etməkdir. İdeya mövzusu haqqında olduqca ətraflı danışılacaq bir mövzudur. Qeydiyyatdan keçməyə hazırlaşıram”.

Gotoİsmailli layihəsində aktiv  fəaliyyət göstərən Elxan Qəniyev isə çox həvəslə Startap  Günlərində iştirak etməyə hazırlaşır.

Günay Məmmədzadə də Startap Günlərində iştirak etməyə hazırlaşır. O düşünür ki,   bu tədbir  öz biznesini qurmaq istəyən gənclər üçün  çox faydalıdır:

“ Günlərdə yeni dəyərli məlumatlar, təcrübələr , tanışıqlar qazanmaq imkanı əldə edirik.  Tədbir çərçivəsində birgə yeni komanda formalaşdırıb, tanımadığımı insanlarla döyüşə başlayırsan və nəticədə gələcəkdə biznes sahibi ola bilərsən. Düşünürəm ki, parlaq gəkəcəyi və uğurlu startapın ilk əsas addımlarından biri də  çoxlu yeni tanışının, əlaqənin olmasıdır”.

O qeyd edib ki, ideyaları çoxdur, onlar arasından ən maraqlısı ilə Günlərdə iştirak edəcək.

Ağasəf Haqverdiyev isə yaxın dostu ilə Günlərdə iştirak edəcək:

“Mənim hər hansı ideya, layihəm yoxdur. Birgə çalışdığımız yaxin  dostumun maraqlı ideyası var və Günlərə artıq qeydiyyatdan keçib.  Mən isə iştirakçı kimi qatılacam. Hərbi xidmətə gedəcəyim üçün indi hanısasa layihəyə başlamq istəmirəm. Yəni,  layihəni yarımçıq saxlamaq istəmirəm. Ona görə Startap Günlərində ideya ilə çıxış etməyəcəm”.

“Startap Azərbaycan” müsabiqəsindən  tanıdığımız,  8-ci sinifdə oxuyan Altun Həsənli deyir ki, dərslərindən vaxt ayıra bilsə, Günlərdə mütləq iştirak edəcək.  Altun Həsənli   Günlərin gənclərin ideyalarını həyata keçirə bilməsi üşün bir şans olduğunu deyib:

“Dövlətimiz inkişaf etmək istəyən gənclərə dəstək verir. Startap Günlərini də gənclərə verilən qiymətli şanslardandır. Böyük layihə qurmaq istəyən gənclər 3 gün ərzində layihələrinin təməl planını   quraraq həmin hekayənin kiçik versiyasını yaşayacaqlar.  Günlərdə bu sahə ilə bağlı  təcrübə keçmə  imkanı qazanacaqlar. İdeyalarım var və bu ideylarımın həyata keçməsinə Günlərin müsbət  təsiri olacağına ümid edirəm”.

Altun Həsənlinin maraqlı təklifi də var:

“Yüksək Texnologiyalar Parkı 24 saat ərzində açıq olur. Yaxşı olardı ki, bu tədbirlərdə iştirak edənlər gecə də orada işləyə bilərdilər. Tədbirin bütün şərtləri və qanunları günün istənilən vaxtında fəaliyyətdə olardı. Komandaların öz aralarında müzakirə üçün ayrı otaqlarının olması ( növbə ilə),  komanda üzvlərinin lazımi cihazlarla təchiz olunması da təşkil olunsa müsbət hal olardı”.

Cavid Novruzov Günlərdə iştirak etməyəcək. O düşünür ki, bu kimi tədbirlərdə maliyyət dəstəyi olmadığı üçün, investor qıtlığı olduğu üçün  belə tədbirlərə insanların  marağı azdır:

“İnvestor cəhətdən bu kimi layihələrdə qıtlıq var. Startap müsabiqələrində də əməkdaşlar Azərbaycanın əsas şirkətləridir.  Belə müsabiqələrdə hələ investor dəstəyi alanlar demək olar ki yoxdur”.

O hesab edir ki, belə yarışmalar insanlara sadəcə stimul verir və yeni insanlarla tanışlıq imkanı yaradır:

“Startap Günlərində iştirak etməyi düşünmürəm. Çünki real olaraq  müsabiqədən heç  nə qazanmaq olmur. Məncə, bunun əvəzinə qlobal tədbirlər çox olsa daha çox fayda əldə etmək olar. Xarici müətəxəssislərin və şirkətlərin cəlb oluması, komandalara təlim keçmələri  daha mənalı olardı.  İdeya işin 1 faizidir. Əsas olan onu realaşdırmaqdır. İdeyanı da həyata  keçirmək üçün isə komanda, iş görmə qabiliyyəti, sonra isə əsas maliyyə lazımdır”.

Cavid Novruzov  tədbir  təşkilatçıları və dövlət üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Bununla yanaşı, "Startap Azərbaycan" Təşkilat Komitəsinin üzvləri, və artıq Startap Günlərində iştirak edən, müəyyən təcrübəsi olan startapçılarla bu il keçiriləcək Startap Günləri il bağlı söhbət etdik. 

 Alkredit layihəsinin qurucusu Elşad Yusifli  Startap  Günlərinin təşkil edilməsini müsbət  addım kimi qiymətləndirib:

“İldən –ilə bu tədbirdən daha keyfiyyətli nəticələr əldə edilir.  İlk  vaxtlar hamıya  bu təşəbbüs yeni idi və hər kəsə maraqlı gəlirdi. Bəzən startapla əlaqəsi olmayan şəxslər də tədbirə gəlirdi. Artıq gənclər bu tədbirlərin  mahiyyətini daha yaxşı başa düşür. Buna görə inanıram ki,  bu ilki Startap  Günlərinin  daha effektiv nəticələri olacaq. Gənclər artıq  tədbirlə bağlı təcrübəlidirlər”.

Xərcim.az - iKeebon layihəsinin rəhbəri  və həmçinin Startap Günlərinin münsiflərindən olan Orxan Əhmədov   deyir ki, Startap Günləri əslində sırf yeni layihə qurmaq üçün nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bu müsabiqənin əsas məqsədi startup qurmaq istəyən, lakin hardan və necə başlamağı bilməyən gəncləri bir yerdə toplayaraq canlı halda nəyin necə olduğunu göstərməkdir:

 “Startaplar ilə bağlı bir çox tədbir keçirilir, ancaq onlarda sadəcə işlər müzakirə edilir. Gənclər  isə ortaya ideya ataraq onu təqdim edilə biləcək bir hala gətirməklə layihənin ilkin mərhələsində görülməli olan işlər öyrənilir”.

Orxan Əhmədov  qeyd edib ki,   tez-tez  onlara, ideya olduqda onu bir layihəyə çevirmək üçün hardan və necə başlayacaqları barədə müraciətlər olur:

“Startap Günləri layihə qarşısında çıxa biləcək bütün məsələləri həll etmək üçün nəzərdə tutulmayıb. Sadəcə əvvəldə nədən başlamaq olduğunu göstərmək üçündür. Burada fərqli ideyaları və düşüncələri olan gənclər bir-biriləri ilə tanış olaraq, praktiki məsələlərin həlli üzərində çalışırlar. Startap Günlərinin məqsədi ortaya yeni startap çıxartmaq olmasa da, burada qurulan tanışlıqlar əsasında gənclər daha sonra yeni layihə üzərində işləyə bilərlər”.

RobiGuide lahiyəsinin rəhbəri Namət Məmmədzadə Startap Günlərində Azərbaycanda  artıq lahiyə formalaşdırmaq istəyən və ideayalarla dolu gənclərin iştirakının sevindirci   hal olduğunu deyib:

“ Startap Günlərinin Azərbaycanda startup bazarının ilkin mərhələsi olaraq layihənin, ideya formalaşmasının ilkin təməli olaraq görürəm. Şəxsən özümdən deyə bilərəm ki, RobiGuide ilk olaraq Sartap Günlərindən başlanğıc götürüb. Düzdür , əvvəl başqa ad olsada “rebrending”dən  sonra layihənin bütün fəaliyyətlərini  bu ad altında davam etdirik. Gənclər üçün çox faydalı tədbirdir”.

Qeyd edək ki, artıq Startap Günlərinin Facebook-da "event"i də yaradılıb. 

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə