Previous Next
Bağla

Startap Günləri 2015-in qalibləri elan olundu

08-11-2015 23:25
Startap Günləri 2015-in qalibləri elan olundu

Məlumat verdiyimiz kimi, Bakıda Yüksək Texnologiyalar Parkında Startap Günləri keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbir 3 gün davam edib.

Günlər çərçivəsində iştirakçılar tərəfindən təqdim edilən 25  ideyanı münsiflər  təhlil edib və onlardan  6-sı  qalib gələrək bu ideya ətrafında komanda formalaşdırmaq və layihə hazırlamaq şansı qazanıb.

Seçilən innovativ biznes ideyaları ətrafında Günlərin iştirakçılarından ibarət olmaqla 4-6 nəfərlik 6 startap komandası formalaşdırılıb.

Seçilmiş komandalara Günlər çərçivəsində beynəlxalq ekspert Justin Crevierin "Marketing Yourself and your Business " ( Sizin marketinq və biznesiniz) mövzusunda  təlim keçib.

Daha sonra Azərbaycan startap sahəsindən yaxından tanıdığımız Orxan Rzayev komandalara “Yeni startapı necə təqdim etməli” mövzusunda təlim keçib.

Startap Günləri boyunca komandalar ekspertlərin və mentorların dəstəyi ilə layihələrin ilkin versiyalarının hazırlanması üzərində işləyiblər.

Startap Günlərinin iştirakçıları eyni zamanda beynəlxalq startap tədbirlərində və beynəlxalq müsabiqələrdə iştirak edən ekspertlərimizlə görüşüblər. Görüş gənc startapçılarla diskussiya şəraitində davam edib.  

Bu gün isə tədbirin son günü keçirilib və qalib komandalar açıqlanıb.

Xeberler.az-ın məlumatına görə, komandalar bu gün səhərdən münsiflər qarşısında layihələrinin ilkin versiyasının-prototiplərinin  təqdimatatını ediblər. Hər komandaya çıxış üçün 3 dəqiqə vaxt verilib.

Qeyd edək ki, bu mərhələdə 6 komanda –layihə yarışıb:

Düşünən beyinlər startapın əsas məqsədi sürücüləri xüsusi proqramlar vasitəsilə avtomobil qəzalarından qorumaqdır. Yaradılan ağıllı qurğular vasitəsilə istifadəçinin təhlükəsizliyi təmin olunur.

Çağır Gəlsin- layihə yerli bazar üçün nəzərdə tutulmuş kuryer xidməti göstərən startapdır. Startapın əsas məqsədi müştəriyə ucuz qiymətə xidmət göstərəcək münasib şəxsləri işə cəlb etməkdir.

Study Prog- Azərbaycanda olimpiada proqramlaşdırmanın inkişafı üçün yaranıb. Layihə demək olar kionlayn təhsil sistemidi, müəllimlər cəlb edildikdən sonra burada vebinar, videomühazirələr və s. yerləşdirmək nəzərdə tutulub.

Vahid mütəxəssis bazası- startapın mahiyyəti müxtəlif ixtisaslar üzrə olan mütəxəssisləri bir platformaya toplamaqdır. İşəgötürənlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulub.

MusicBeez- bu platforma istifadəçilərə bəyəndikləri musiqini səs çoxluğu ilə seçdikləri müğənnilərdən dinləmək şansı yaradır. Belə ki, istifadəçilər sistemə daxil olur və istədiyi müğənninin başqa müğənniyə aid mahnısını qeyd edir. Daha sonra həmin müğənni səs çoxluğuna görə istəyi dəyərləndirir.

Banging Games- Banging tanks müxtəlif yaşlı istifadəçilər üçün nəzərdə tutulmuş oyundur. İstifadəçinin bu oyunu metroda, yolda gedərkən rahatlıqla oynaya bilməsi və asan istifadəsi üçün yaradılıb. Gələcəkdə oyunun dizaynı və funksiyaları daha da təkmilləşdiriləcək.

Layihələri münsiflər 10 ballıq sistemlə dəyərləndirib.

Nəticədə yüksək bal toplayan MusicBeez komandası qalib olub.

2-ci yeri Banging Games, 3-ci yer isə Study Prog layihəsi tutub.

Startap Günləri 2015 –in qalib layihələrinə və qalib layihələrin hər bir iştirakçısına ATL Group və Bakcell şirkətlərinin qiymətli hədiyyələri və diplomlar təqdim olunub.
Həmçinin tədbirlərin bütün mərhələlərində aktiv iştirak edənlərə "Startap Azərbaycan " müsabiqəsinin  sertifikatı təqdim edilib .

Startap Günlərinə Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, Cybernet, SİNAM, Bakcell şirkətləri və  ATL Group şirkəti dəstək verib.

Layihələrlə bağlı daha ətraflı növbəti yazımızda məlumat verəcəyik.

Startap Günlərinin foto materialları :

Sevinc Çəltikova
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə startaplara təlim keçirildi -Fotolar

07-11-2015

Ekspertlər beynəlxalq təcrübələrini komandalarla bölüşür-Fotolar

07-11-2015

Startap Günlərinin qalib komandası Fabrika-da fəaliyyət göstərəcək

30-11-2015

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015

Gəncədə Startap Günləri davam edir-Fotolar

27-11-2016

Startap Günlərində nələr olacaq?

04-11-2015

Azərbaycanda Startap Günləri keçiriləcək

08-10-2015

Sabah Bakıda Startap Günləri başlayacaq

13-11-2014

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018

Lənkəran Dövlət Universitetində Startap Günləri keçiriləcək

22-05-2019

Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018

UNEC-də Startap Günləri keçiriləcək

15-05-2018

UNEC-də Startap günləri keçiriləcək

26-04-2019

Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

21-06-2018

Startap Günlərinin qalib layihəsi - MusicBeez

10-11-2015

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018

Növbəti Startap Günlərinə hazırlıqlar davam edir

07-03-2018

Startap Günləri başa çatdı

30-06-2018

Bakıda Startap Günləri keçiriləcək

21-10-2014

Startap Günləri 2015 sabah başlayır

05-11-2015

Startap Günlərinə hazırlıqlar davam edir

11-02-2018

Bakıda Startap Günləri keçirilir-Foto

23-02-2018

Növbəti Startap Günlərinin proqramı açıqlandı

27-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə