Previous Next
Bağla

Tünzalə Ağayeva Musicbeez-də

24-02-2016 14:15
Tünzalə Ağayeva Musicbeez-də

Startap Günləri 2015-in qalibi Musicbeez.com sosial şəbəkəsində növbəti layihə başlayıb.

Qeyd edək ki, bu layihə musiqi dinləyicilərinə sevdikləri mahnını digər məşhur müğənninin ifasında eşitmək imkanı yaradır.

Musicbeez komandasından Xeberler.az-a verilən məlumata görə, platformanın budəfəki iştirakçısı Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevadır.

Dinləyicilərə Tünzalə Ağayeva tərəfindən seçilmiş və səsvermədən sonra müğənninin öz üslubunda ifa olunacaq üç mahnıdan birinə səs vermək imkanı yaradılıb.

Səsverməyə  3 mahnı Elmira Rəhimova – "Sən yadıma düşəndə", Lara Fabian - "Adagio"  və Üzeyir Hacıbəyov – "Sevgili canan"  təqdim edilib.

 Nəticədə ən çox səs toplamış mahnı “Səs Azərbaycan” layihəsinin münsifi Tünzalə Ağayeva tərəfindən səsvermədə iştirak etmiş dinləyicilər üçün ifa olunacaq.

 Səsvermə bu gündən başlayıb, martın 25-ə kimi davam edəcək.

Tünzalə Ağayeva bu  startap layihəsi ilə bağlı  bildiririb ki, Musicbeez çox maraqlı və həm də çox faydalı bir layihədir:

“Maraqlı ona görə ki, insanlar tanıdıqları məşhurları Musicbeez-in köməyi ilə fərqli repertuarda görə biləcəklər və ən əsası onlar müğənninin repertuarına bilavasitə təsir edə bilcəklər. Və əlbətdə ki faydalıdır ona görə ki, Musicbeez həmin sənətçinin repertuarına məcburi yeni mahnılar əlavə edir. Bu layihə müğənnini öz ənənəvi tərzindən bir qədər ayıraraq onu yeni axtarışlara sövq edir, və nəticədə həqiqətən yenilik ortaya çıxır. Mən Musicbeez layihəsini və onun komandasına bir musiqiçi kimi təşəkkürümü bildirirəm ki, belə bir ideyanın arxasınca düşüblər, onu reallaşdırmağa çalışırlar. İnanıram ki, layihə çox keyfiyyətli olacaq və əksər sənət insanları da bu layihəyə böyük məmnuniyyətlə qoşulacaq”.

Xatırladaq ki, Tünzalə Ağayevanın iştirakı ilə baş tutan bu layihə Musicbeez-də artıq ikinci layihədir.

Birinci layihə Azərbaycanı Eurovision 2014 mahnı müsabiqəsində təmsil etmiş Dilarə Kazımovanın iştirakı ilə baş tutub. O , layihədə qalib olmuş Adele – "Hello" mahnısı müğənni tərəfindən təqdimata hazırlıq mərhələsindədir.

Bu növ layihələrin digər Azərbaycan və əcnəbi müğənnilərin iştirakı ilə də baş tutacağı gözlənilir. Layihələrdə aktiv iştirak edən və öz dostlarını iştiraka cəlb edən istifadəçilər Musicbeez tərəfindən xüsusi mükafatlarla mükafatlandırılacaq.

Qeyd edək ki,  dinləyicilər hər-hansı digər mahnını Tünzalə Ağayevanın ifasında eşitmək istəyirlərsə, Musicbeez-də mahnının və orijinal müğənninin adını qeyd edərək Tünzalə Ağayevaya öz istəklərini ünvanlaya bilər.

Saytda qeydiyyatdan keçmiş Tünzalə Ağayeva ona ünvanlanmış və saytın istifadəçiləri tərəfindən kifayət qədər dəstək toplamış istəkləri yerinə yetirməyə çalışacaq.

Musicbeez dinləyicilərə istədikləri mahnını sevdikləri müğənninin ifasında eşitmək üçün unikal imkan yaradan sosial şəbəkədir. Musicbeez.com saytında dinləyicilər hansı mahnını hansı müğənninin ifasında eşitmək istədiklərini bildirə bilir, və platformanın bütün dünyadan olan digər istifadəçiləri həmin istəyi görərək ona qoşula bilirlər.

Saytda qeydiyyatdan keçmiş müğənni ona ünvanlanmış istəkləri izləyə bilir və kifayət qədər səs toplamış mahnını ifa edərək dinləyicilərin istəyini yerinə yetirir. Beləliklə, Musicbeez ilk dəfə olaraq dinləyicilərə mahnıların yaranmasında aktiv iştirak etmək və istədikləri mahnını məhz özlərinin seçdikləri müğənninin ifasında eşitmək imkanı yaradır.

Bununla Musicbeez musiqi dinləyicisini onun hazırki passiv mövqeyindən çıxararaq, musiqi sənayesinin akiv iştirakçısına çevirir. Şəbəkənin yaradıcıları əmindirlər ki, dinləyicilərin yaradıcı prosesə cəlb edilməsi daha çox uğurlu musiqi layihələrinin ərsəyə gəlməsinə səbəb olacaqdır. Bundan başqa, Musicbeez istedadlı və yüksək musiqi zövqünə malik dinləyicilərin aşkarlanmasına və onların dünya musiqi sənayesinə cəlb olunmasına şərait yaradacaq.

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Günlərinin qalib layihəsi fəaliyyətə başladı

25-12-2015

Musicbeez ilk layihəsini təqdim etdi- Video

21-04-2016

Startap Günlərinin qalib layihəsi - MusicBeez

10-11-2015

Startapçılarımız beynəlxalq seminarda iştirak edir

27-11-2015

“Google” şirkəti “Google Music” musiqi mağazasını təqdim edib

17-11-2011

Onlayn-radio - Screamer Radio 0.4.3 yeni versiyada

23-10-2008

Startap Günləri 2015-in qalibləri elan olundu

08-11-2015

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları konsertə çağırır

24-04-2024

On-line səsvermə sabah dayandırılacaq

21-12-2010

Azercell «Eurovision 2009»-da Ermənistana səs göndərənlərin siyahısını MTN-ə veribmi?

14-08-2009

Süni intellekt albom üçün musiqi yazıb

25-08-2017

Dünyanın ilk USB musiqi albomu artıq satışda!

02-12-2008

Fərdiləşdirilmiş musiqi proqramı: MixRadio

22-05-2015

Müğənni Xan Bəyli və DJ Fateh Azercell ilə canlı yayımda!

02-07-2022

Andorid telefonlar üçün ən yaxşı musiqi yükləmə proqramları

30-01-2016

İnternetdə ən təhlükəli insanlar kimdir?

22-09-2017

İmişli ASAN Həyat kompleksində konsert təşkil olunacaq

06-11-2018

WibeMe musiqi şəbəkəsi istifadəyə verildi-Foto

13-04-2016

Apple yeni nəsl iPod təqdim edib

13-03-2009

“WhatsApp”a yeni funksiya əlavə edilib

22-01-2025

Google-nin yeni musiqi xidməti istifadəyə veriləcək

23-10-2009

Facebook-dan yenilik

07-11-2015

HP musiqi servisi istifadəyə verir

09-10-2015

Yeni Pullu Musiqi Abunəliyi

15-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə