Previous Next
Bağla

Startaplar 25 min dollar uğrunda yarışacaq

13-10-2015 14:56
Startaplar 25 min dollar uğrunda yarışacaq

Mərkəzi Asiyada keçirilən ən böyük İT tədbirlərindən TechConnect konfransı bu il Qazaxıstanda  baş tutacaq.

Xeberler.az-ın məlumatına görə, noyabrın 12-də keçiriləcək tədbirə Astana şəhəri ev sahibliyi edəcək.

Konfransda  Mərkəzi Asiya, Amerika, Avropa və MDB ölkələrindən 150 investor, 150 ən yaxşı startapçı və 1500 nəfərin  iştirakı gözlənilir.

Qeyd edək ki, tədbir Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin “Qloballaşan dünyada Qazaxıstanın gələcəyi” məruzəsi ilə başlayacaq.

Konfransa dünyada investisiya və  innovasiya sahəsində  tanınan  45  ekspert dəvət olunub. Çıxış edəcək mütəxəssislərlə bağlı buradan ətraflı məlumat əldə  bilərsiniz. 

Konfransın müxtəlif panellərində isə İT  şirkətlərin və startapların Qazaxıstanın  Baş naziri və digər dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Həmçinin , konfrans çərçivəsində təşkil olunmuş sərgidə müxtəlif ölkələrdən olan startaplar  öz layihələrini nümayiş etdirəcəklər.

Konfransda  təşkil olunan “Startap Battle” ( Startapların döyüşü) müsabiqəsində qalib layihə 15 min dollar qazanacaq.

Qeyd edək ki, hazırda istənilən  startap layihəsi buradan qeydiyyatdan keçərək müsabiqə üçün müraciət edə bilər. Münsiflər tərəfindən seçilmiş 10 startap Astanaya pulsuz təyyarə bileti və orada yerləşdirilmə imkanı qazanacaqlar. Həmçinin, seçilmiş startaplar Silikon Vadi-də çalışan mentorların təlimlərində də iştirak etmək şansını əldə edəcək.

Konfrans Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf Nazirliyi,Texnoloji İnkişaf üzrə Milli Agentlik, beynəlxalq biznes accelerator şirkəti Happy Farm-ın təşkilatçılığl ilə keçirilir. 

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı nümayəndələr beynəlxalq İT konfrasda iştirak edir

12-11-2015

Avropa və Asiya startapçıları İstanbulda toplandı

01-10-2015

Azərbaycan startapı beynəlxalq müsabiqədə iştirak edir

18-03-2016

“Startapların yaranmasında biznes inkubatorların və universitetlərin rolu ” müzakirə olunacaq

27-10-2015

Startaplar Londonda toplaşacaq

02-11-2015

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015

Startapçılarımız beynəlxalq tədbirdə ölkəmizi təmsil edəcək

14-10-2016

Startap müsabiqələri keçirilir

17-07-2015

Ötən həftə İKT -də nələr diqqət mərkəzində oldu?

19-10-2015

Startaplar üçün 500 min dollar qazanmaq imkanı- Müsabiqə

08-06-2016

“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq

17-09-2024

Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə startaplar üçün təlimlər keçiriləcək

09-04-2015

Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

16-02-2023

Startap Günləri çərçivəsində konfrans və təlimlər keçiriləcək

23-11-2016

Startap Günlərinin yekun tədbir tarixi açıqlanıb

18-07-2019

Ötən həftə İKT sahəsində nələr oldu?

16-11-2015

Rusiya fondu Bakıda startaplar üçün tədbir təşkil edir

01-04-2017

Türk dövlətlərin texnoloji startapları ABŞ-ın Silikon Vadisinə çıxış əldə edəcək

02-04-2023

Bakıda Startup AddVenture keçiriləcək

08-01-2015

Gəncədə Startap Festivalında hansı tədbirlər gözlənilir?-Proqram

21-11-2016

Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

09-06-2018

“Webrazzi Summit 2015 ” konfransını canlı izləyə bilərsiniz

21-10-2015

Növbəti startap turu Sumqayıtda keçiriləcək

19-09-2018

Bu gün “Startap Azərbaycan 2015” Müsabiqəsinə qeydiyyat başa çatır

31-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə