Startaplar üçün “IndX2021” müsabiqəsi keçiriləcək

29-05-2021 / 09:57

“Ağıllı sənaye” üzrə məhsul və xidmətlər təqdim edən startaplar üçün “IndX2021” müsabiqəsi keçiriləcək.

Xeberler.az İnnovasiyalar Agentliyinə istinadla məlumat verir ki, “IndX2021” İsveçin “Linköping Science Park”ı tərəfindən yaradılmış və Şərqi İsveçdə fəaliyyət göstərən 4 nəhəng qlobal sənaye şirkətinin - “Saab”, “Siemens Energy”, “Toyota Material Handling” və “Väderstad” birgə əməkdaşlıq etdiyi nadir platformadır. Bu sənaye nəhəngləri “Linköping Science Park” ilə birgə yüksək texnologiyalar üzrə yeni innovativ təşəbbüslərin və startapların axtarışındadırlar. Bu platforma dünyada fəaliyyət göstərən bütün startapları müsabiqəyə dəvət edir.

Qaydalara əsasən müraciət etmiş bütün startaplar arasından 10 ən uğurlu layihə seçilərək “Virtual Pitch” mərhələsinə buraxılış vəsiqəsi alacaq.

Məlumat üçün bildirək ki, ötən il müraciət etmiş startaplardan 5-nin layihə konsepsiyası təsdiq edilmiş və hazırda onlar qeyd edilən nəhəng sənaye şirkətləri ilə uğurla əməkdaşlıq edirlər. Startap ərizələrinin son müraciət tarixi 2021-ci il mayın 31-dəkdir.

“Virtual pitch” təqdimatı iyunun 2-də Bakı vaxtı ilə saat 08:00-dan 10:00-dək keçiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə