Steve Jobs-un doğum günüdür

24-02-2017 / 13:12

Bu gün amerikalı sahibkar,  Apple kompüter imperiyasının banisi və rəhbəri, texnologiya sənayesinin inkişafındakı əvəzsiz xidmətlərinə görə bütün dünyada məşhur olan və bir çox mükafatlara layiq görülən  Steve Jobs-un doğum günüdür. Onu tez-tez “rəqəmsal inqilabın atası” adlandırırdılar.

Bundan başqa o, innovativ məhsulları yeni inkişaf səviyyəsinə çatdıran istedadlı administrator və parlaq natiq idi.

Xeberler.az xatırladır ki, Steve Jobs  kimi məşhur olan Steven Paul  Jobs 1955-ci il fevralın 24-də ABŞ-ın San-Fransisko şəhərində anadan olub. 

Dünya kompüter sənayesinin əsas fiqurlarından hesab olunan Jobs biznesə dostu Stive Voznyakla birgə uzaq məsafələrə pulsuz zəng etmək imkanına malik xüsusi qurğular - “göy qutular”ın istehsalı ilə başlayıb.

Texnika sahəsində böyük zəka sahibi olan Voznyak və “anadangəlmə biznesmen” Jobs-un  bir-birini yaxşı tamamlayırdılar.

Lakin dostlar “göy qutularla” o qədər də uzun müddət məşğul olmadılar. Onlar tezliklə, satış üçün hazır kompüterlərin quraşdırılması üzərində işləməyə başladılar. Beləliklə, 1976-cı ildə “Apple Computer Co.” şirkətinin əsasını qoydular. Şirkətin ilk böyük sifarişi yerli elektronika mağazası üçün 50 Apple I kompüterinin hazırlanması oldu.

Yarım ildən sonra Voznyak və Jobs dünyada ilk kütləvi fərdi kompüter olan Apple II-ni təqdim etdilər. 80-ci illərin sonlarında artıq şirkət milli səviyyədə tanınmağa başlamışdı. 25 yaşlı Jobs-un  şəxsi kapitalı isə 200 milyon dollar idi.

Növbəti illərdə S.Jobs 2 yeni şirkətin, NeXT və Pixar-ın əsasını qoydu. Nəticədə Pixar dünyanın ən uğurlu animasiya studiyası oldu. 2001-ci ildə Apple dünyada ilk iPod pleyerini təqdim etdi. Onun satışları cəmi 1 il sonra şirkətin əsas gəlir mənbəyinə çevrildi. 2006-cı ildə Apple TV-nin şəbəkə multimedia pleyeri satışa çıxarıldı.

2007-ci ildə dünyaca məşhur iPhone-un satışlarına start verildi. Növbəti ildə isə şirkət rəhbəri dünyada ən nazik noutbuku - MacBook Air-i nümayiş etdirdi. 

Steve Jobs 5 oktyabr 2011-ci ildə, mədəaltı vəzinin xərçəngindən 56 yaşında dünyasını dəyişib.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə