Previous Next
Bağla

Superkompüterin yaradıcısının ad günüdür

28-09-2016 15:07
Superkompüterin yaradıcısının ad günüdür

1925-ci ilin bu günü amerikalı mühəndis, bir sıra superkompüterlərin yaradıcısı Seymur Kreyin ad günüdür.

Alim tarixə öz adını CDC 6600 maşınının ixtirası ilə yazdırmış və bu, S.Kreyə dünya şöhrəti qazanıb.

Xeberler.az məlumat verir ki,  Krey 1925-ci il sentyabrın 28-də ABŞ-ın Viskonsin ştatında dünyaya göz açmışdır. Atası mühəndis-inşaatçı olduğundan o, oğlunun elm və mühəndislik sahəsinə  maraq göstərməsində xüsusi rol oynayıb.

Krey 1950-ci ildə Minnesot universitetində elektrotexnika üzrə bakalavr dərəcəsini bitirib.

Öz karyerasına UNIVAC I elektron rəqəmsal hesablama maşını ilə işləyərək başlamışdır. 1957-ci ildə o, öz dövrünün əsas kompüter istehsalçısı olan Control Data Corporation (CDC) şirkətinin əsasını qoymuşdur. Onun yaratdığı CDC 6600 və CDC 7600 böyük kompüterləri yüksək əməliyyat sürətilə fərqlənirdi.

Seymur Krey 1972-ci ildə dünyada ən böyük superkompüterlərin istehsalı ilə məğul olan “Cray Research Inc.” adlı şəxsi şirkətini qurmaq məqsədilə CDC-i tərk etdi.  Onun yeni ixtirası məlumatların emalını eyni zamanda – paralel olaraq həyata keçirən multiprosessorlu kompüterlər idi. Qurğu saniyədə 240 milyon hesablamanı həyata keçirə və mürəkkəb fiziki hadisələrin modelləşdirilməsi kimi elmi araşdırmalar üçün tətbiq edilə bilirdi.

ubr.ua saytının məlumatında bildirilir ki, belə kompüterlər hökumət müəssisələri və universistet laboratoriyalarına satılırdı.  Kreyin növbəti modelləri – “Krey 1-М” və “Krey Х-МР” isə daha böyük sürətə malik idi.

1985-ci ildə dünya bazarına saniyədə 1200 milyon əməliyyatı həyata keçirən "Krey-2" maşını çıxarıldı. 1988-ci ildə təqdim edilmiş “Krey Y-MP”  qurğusu bir az da "irəli gedərək" saniyədə 2,670 milyon əməliyyatı yerinə yetirirdi.

1989-cu ildə Krey “Cray Computer Corporation” şirkətinin əsasını qoydu. Lakin mikroprosessor texnologiyalarının geniş yayılması və hərbi təşkilatlar tərəfindən böyük kompüterlərin satışının ixtisar edilməsilə əlaqədar olaraq, yeni şirkət heç bir kompüter satmayaraq 1995-ci ildə müflis oldu. ( ict.az) 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron resurslarla bağlı EBSCO məlumat bazası təqdim edilib

09-02-2016

Superkompüter texnologiyaları ilə bağlı elmi seminar keçirilib

16-02-2016

14 fevral – kompüter mütəxəssislərin günüdür

14-02-2018

Fərdi kompüterlərin satışı azalır

30-05-2015

Kompüter mütəxəssislərinin peşə bayramıdır

14-02-2017

HP şirkəti Rusiyada kompüter zavodunun fəaliyyətini dayandırdı

29-07-2015

Steve Jobs-un doğum günüdür

24-02-2017

Türkmənistan Asiya ölkələrinə kompüter ixrac edəcək

10-09-2019

Qlobal fərdi kompüter bazarında artım olacaq

18-10-2017

Superkompüterlərə 1 milyard avro vəsait ayırılır

15-01-2018

Fərdi kompüterlərin satışı azalıb

12-07-2015

Dünyanın ən sürətli kompüteri hazırlanır

16-08-2019

“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

14-04-2015

Bioloji kompüterlə daha effektiv hesablama dövrünə keçid edilir

04-02-2025

Məktəblilər üçün yeni kompüterlər istehsal ediləcək

02-03-2015

Şirkətlər fərdi kompüterdən istifadəyə üstünlük verir

30-09-2015

Kompüterlərin 60 faizdən çoxu Windows 10 ilə işləyəcək

09-12-2015

Çin yeni superkompüter yaradır

23-01-2016

Fərdi kompüterlərin satışı azalıb

10-07-2015

Ev təsərrüfatlarında olan stolüstü kompüterlərin sayı azalıb

06-09-2025

“Windows 10 fərdi kompüterlərin satışını artırmağa kömək etməyəcək”

09-07-2015

Google dünyanın ən güclü superkompüterini yaradıb

21-09-2019

Kompüterlər bazarında yenidən azalma qeydə alınıb

12-10-2018

İlk mikroprosessorun yaradıcısının doğum günüdür

28-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə