Previous Next
Bağla

Sumaks Barattson tələbələri ilə birgə araşdırmalar aparacaq

27-09-2016 12:37
Sumaks Barattson tələbələri ilə birgə araşdırmalar aparacaq

Barattson Biznes və Maliyyə Məktəbində Sumaks MMC və Barattson Biznes və Maliyyə məktəbi arasında əməkdaşlıq haqqında memorandum imzalanma mərasimi keçirilib. 

Xeberler.az-ın məlumatına görə, Barattson şirkətinin baş ofisində keçirilən tədbiri açıq elan edən Barattson şirkətinin direktoru Elşən Rəhimov rəhbərlik etdiyi şirkət haqqında tədbir iştirakçılarına qısa məlumat verib.

O qeyd edib ki, Barattson şirkəti nəzdində fəaliyyət göstərən Biznes və Maliyyə, Texnologiya və Mühəndislik məktəblərində təhsil alan gəncələrin kadr kimi hazırlanmaları üçün tədris müddətində yalnız nəzəriyyə deyil həmçinin, onlara istehsalat təcrübəsinin aşılanması şirkətin tədris strategiyasının ayrılmaz hissəsidir. Bunu nəzərə alaraq Barattson şirkətinin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Sumaks şirkəti ilə  Barattsonda təhsil alan gənclərin təcrübəyə cəlb olunması, eyni zamanda bu gənclərin Sumaksın gələcək layihələrində iştirakının təmin edilməsini  ilə bağlı əməkdaşlıq Memorandumu imzaladığını bildirib. 

Sonra Sumaks şirkətinin rəhbəri Cavid Məmmədov çıxış edərək Sumaks haqqında məlumat verib.

Sumaks şirkətinin startap layihədən məhsul istehsal edən şirkətə çevrilməsinə qədər keçdiyi yoldan bəhs edib.

C. Məmmədov bildirib ki, bu əməkdaşlıq tərəflərə və nəticədə ölkəmizə faydalı olacaq:

"Memorandumun qüvvədə olacağı bir il ərzində ölkədəki biznes və texnologiya sahələrində Barattson tələbələrindən ibarət yaradılacaq komandalarla birgə araşdırmaların aparılması, problemlərin aşkarlanaraq innovativ ideyalar kimi Sumaks şirkətinə təqdim olunması nəzərdə tutulub. Bununla da konkret hədəflərə istiqamətlənmiş məhsulların yaradılması planlaşdırılır.  Sumaks şirkəti olaraq biz gənclərin biznes və texnologiya sahələrində təcrübə keçməsi və nəticədə həm onların, həm də bütövlükdə bu sahələrin inkişaf etdirməsində hər zaman dəstək göstərməyə hazırıq. Əminik ki, bu əməkdaşlıq qısa zamanda öz müsbət nəticələrini göstərəcək”.

Tədbirdə çıxış edən Barattson şirkətinin əməliyyatlar üzrə direktoru Zeynal Zeynalov Barattson şirkətinin informasiya texnologiyalarına dair inkişaf strategiyasına toxunaraq bu sektorun ölkəmizin iqtisadi inkişafı baxımından əhəmiyyətini vurğuladı. Sumaks şirkəti ilə belə bir sənədin imzalanmasından məmnun olduğunu bildirib.

Daha sonra Sumaks və Barattson şirkətləri arasında  Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Tədbirdə Barattson və Sumaks şirkətlərinin nümayəndələri ilə birlikdə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nümayəndələri də iştirak edib.                                                              

Sumaks layihəsi barədə daha ətraflı burada.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yerli startapımız öz laboratoriya mərkəzini açır

07-03-2017

Bakıda ödənişsiz elektronika təlimlərinə başlanır

20-08-2016

Avtomobillərin təhlükəsizliyini təmin edən yerli cihaz təqdim olundu-Fotolar

27-01-2016

DMZ-in nümayəndə heyəti INNOLAND-də olublar

05-09-2019

Startapımız beynəlxalq mükafata layiq görülüb

16-08-2016

Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

25-10-2016

Bank BTB-dən yerli startapa dəstək

02-12-2015

Barama yerli startaplara dəstəyi artırır

26-02-2016

Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı

16-11-2018

Azercell-dən ADNSU tələbələrinə əməkdaşlıq imkanı

05-04-2016

Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

10-12-2009

Azərbaycan Universitetində “MilliSec” şirkətinin nümayəndələri ilə görüş olub

12-02-2025

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025

İnnovasiya həftəsi çərçivəsində Roboday festivalı təşkil olunub

19-10-2019

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019

Əməkdaşlıq memorandumu imzalanıb

22-12-2023

İRİA ilə “Telecom Italia” arasında Anlaşma Memorandumu imzalanıb

19-03-2025

Bakıda yeni simsiz rabitə şəbəkəsi yaradılıb

15-11-2019

“Bayraktar Teknoloji Azərbaycan” ilə BMU arasında memorandum imzalanıb

10-04-2025

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023

Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi memorandum imzalayıb

22-12-2019

BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

15-04-2024

Qərb Universiteti xarici şirkətlə memorandum imzalayıb

06-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə