Previous Next
Bağla

Bank BTB-dən yerli startapa dəstək

02-12-2015 23:14
Bank BTB-dən yerli startapa dəstək

Kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət göstərən Bank BTB yerli mühəndislər tərəfindən yaradılan "Sumaks" layihəsinə güzəştli kredit ayırıb.

Şirkətin ictimaiyyətlə əlaqələr üzrə menecerinin Xeberler.az-a verdiyi məlumata görə, bu il Sumaks yeni layihəsi olan Avtomaksıtəqdim edib. Təmamilə yerli mütəxəssislər və proqramçılar tərəfindən hazırlanan Avtomaks cihazı Azərbaycan bazarında tam yerli məhsuldur.

Ləman Səfərli verdiyi açıqlamada məhsulun realizasiyası üçün müəyyən vəsaitə ehtiyacı olduqlarını bildirib. Bir neçə banklara müraciət edilməsinə baxmayaraq sırf startap olduqları nöqteyi nəzərindən və hələ satışa başlamadıqları üçün bankların əksəriyyəti kredit verməkdə maraqlı olmadıqlarını qeyd ediblər. Yalnız Bank BTBtərəfindən Sumaks mütəxəssislərinin müraciətinə müsbət cavab verilib.

Bütün riskləri nəzərə alan Bank BTB layihənin sırf yerli istehsal olduğu və gələcəkdə böyük uğur qazana biləcəyini nəzərə alaraq eyni zamanda ölkə iqtisadiyyatın şaxələndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə bu layihəyə dəstəyi öz üzərinə götürüb.

Əlavə olaraq qeyd edək ki, məhz Bank BTB İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə əməkdaşlıq çərçivəsində Sumaks layihəsinə dəstək olub.

Avtomaks nədir? Bu cihazın üstünlükləri nədən ibarətdir?

Ölkədə istər yük və sərnişin daşımasının, istərsə də minik avtomobillərinin artımı bazara öz təsirini aşkar şəkildə göstərir.

Bir daha vurğulamaq yerinə düşər ki, təhlükəsizlik bütün dövrlərdə olduğu kimi indi də ön plandadır. Elm və texnologiyanın bu şəkildə inkişaf etdiyi bir zamanda təhlükəsizliyi təmin etmək daha da asanlaşıb. Bu texnologiya həmçinin insanların rahatlığını da təmin edir. Beləliklə, az enerji və vaxt sərf etməklə avtomobiliniz barəsində hər an məlumatlı ola biləcəksiniz. Əlavə olaraq, korporativlər hər zaman avtomobillərinin izlənməsini və onlar haqqında hər zaman məlumatlı olmağı ön planda tutublar.Bütün bunlar Avtomaks cihazı vasitəsilə reallaşır.

Avtomaks cihazının əsas üstünlüyü məhz avtomobilin təhlükəsizliyinin təmin olunmasıdır. Avtomobilinizi evakuator apararsa dərhal sizin mobil telefona bildiriş gələcək və siz əgər yaxınlıqdasınızsa dərhal cərimənizi ödəyib maşınınızın aparılmasının qarşısın ala bilərsiniz.

Bundan əlavə,  maşınınıza kənar şəxslər tərəfindən müdaxilə olub, oğurlandığı halda bu haqda mobil telefonunuza mesaj gəlir və siz dərhal bundan xəbər tutmuş olursunuz.

Bu cihazın korperativ səviyyədə üstünlüklərin sadalamaqla bitmir. Şirkətinizə məxsus olan avtomobilləri Avtomaks vasitəsilə nəzarətdə saxlamaq və mütamadi olaraq maşınların vəziyyəti barədə məlumat əldə etmək mümkündür.

Layihənin rəhbəri Cavid Məmmədov Xeberler.az-a bildirib ki, bu cihazların tezliklə fərdi istifadə üçün də satışa çıxarılacağın qeyd edib.

Sözü gedən cihaz təmamilə azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanan yerli məhsuldur.

 Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Avtomobillərin təhlükəsizliyini təmin edən yerli cihaz təqdim olundu-Fotolar

27-01-2016

Yerli startapımız öz laboratoriya mərkəzini açır

07-03-2017

“Sumaks texnoloji cihazların yerli istehsal ənənəsini formalaşdıracaq”

10-12-2015

Asan İmza xidməti artıq Bank BTB ASC–də

28-09-2018

Startapımız beynəlxalq mükafata layiq görülüb

16-08-2016

Sumaks Barattson tələbələri ilə birgə araşdırmalar aparacaq

27-09-2016

Startaplar hansı banklardan güzəştli kredit ala bilər?-Siyahı

15-12-2016

Bank “BTB”nin aktiv və öhdəlikləri ABB-yə ötürüləcək

06-03-2026

Barama yerli startaplara dəstəyi artırır

26-02-2016

Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

25-10-2016

Yelo Bank-dan illik cəmi 5 faizlik kreditlə biznes dəstəyi

26-08-2022

AGBank ən təhlükəsiz internet xidməti təklif edən bank seçilib

15-02-2016

Bank BTB texnologiyalarını yeniləyib

12-01-2016

Yelo App ən rahat mobil tətbiq seçildi

18-10-2022

Bank kartlarına qanunsuz müdaxilə edənlərlə bağlı tədbirlər görülür

27-01-2026

İRİA-nın rəsmisi: Agentlik olaraq hər zaman startaplara dəstək oluruq

17-10-2023

Yelo Bank-dan “ABAD”çılara dəstək krediti

19-07-2022

Bu gündən "BakuBus"larda bank kartları ilə ödəniş mümkün olacaq

25-12-2025

SMART SME MENA 2019 sərgisi başa çatıb

20-09-2019

Azercell ITU Telecom 2015 sərgisində iştirak edir

14-10-2015

Qalib startap layihələri nə iş görəcək? - İcmal

01-02-2016

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

Hesab.az qazandıran kampaniyalar ilə ilklərə imza atmağa davam edir

18-01-2019

İnternet, TV və telefon xidmətlərinin göstərilməsi layihəsinə güzəştli kredit ayrılıb

22-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə