Previous Next
Bağla

Avtomobillərin təhlükəsizliyini təmin edən yerli cihaz təqdim olundu-Fotolar

27-01-2016 17:24
Avtomobillərin təhlükəsizliyini təmin edən yerli cihaz təqdim olundu-Fotolar

Bu gün  Azercell-in  Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində fəaliyyət göstərən Sumaks şirkətinin hazırladığı Avtomaks cihazının təqdimatı keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azercell-in Strateji Partnyorluq və Müştəri Kanalları departamentinin direktoru İmran Bağırov qeyd edib ki, ağıllı telefonlar, CihazdanCihaza (M2M) və sürətli internet texnologiyalarının inkişafı bizim həyatımızın standartlarını dəyişib və bu proses daha da sürətli şəkildə irəli gedir. Bu cihazlar insanların bir biri ilə əlaqəsini təmin edən cihazdan daha çox insanın gündəlik köməkçisinə çevrilib. Bir çox sahələrdə istifadə olunan smartfonlar həm də “Əşyaların internetində” (IoT) - “Ağıllı ev” konsepsiyasında əsas vasitələrdən biridir.

 İmran Bağırov bildirib ki, Azercell hələ 2013-cü ildə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yetirməsi olaraq Sumaks şirkətinin “Ağıllı ev” layihəsini təqdim edib. İndi isə şirkət bu konsepsiyanın davamı olaraq hazırlanan“Avtomaks cihazını təqdim etməkdən qürur duyur.

Tədbirdə Avtomaks cihazı haqqında ətraflı  məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda bir ilk olan bu qurğunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona nəzarəti həyata keçirməkdən ibarətdir.

 Avtomaks qurğusu  avtomobil və sürücu haqqında əsas məlumatları yaddaşda saxlayır. Bura maşının markası, buraxılış ili, texniki vəziyyəti, o cümlədən, sürücünün şəxsiyyəti haqqında zəruri bilgilər daxildir.

Avtomaks maşınla əlaqədar bir sıra informasiyaları mütəmadi olaraq sahibinə ötürür.  Bu zaman bütün sutka boyunca avtomobilin dayanma anını, getdiyi məsafəni, olduğu yerləri izləmək mümkündür. Proqram maşının sığortasının vaxtı bitdikdə, yağının dəyişmə zamanı çatdıqda müvafiq xəbərdarlıq edir.

Avtomaks Bakı sürücüləri üçün aktual olan digər məsələlərdə də köməyə gəlir. Belə ki, avtomobilin evakuator tərəfindən aparılması, yaxud oğurluq hallarında da sahibinə dərhal məlumat verilir. Avtomaks vasitəsilə hər gün maşının getdiyi yol, sürət həddinə nəzarəti, yanacaq sərfi, təyin olunmuş radiusa nəzarət etmək mümkündür.

Təqdimat mərasimində çıxış edən Sumaks şirkətinin direktoru Cavid Məmmədovun qeyd etdiyinə görə, yeni layihə Azərbaycan bazarında böyük rəqabət potensialına malikdir. Çünki Avtomaks - tam yerli məhsuldur və buna görə də qiyməti xaricdən gətirilən oxşar cihazlardan kifayət qədər fərqlənir. Bundan əlavə, Avtomaks daha çox funksiyaya malikdir.  Ümumilikdə Sumaks-ın ən əsas fəaliyyət dairəsi ilk yerli təhlükəsizlik, komfort və idarəetmə sistemləri yaratmaqdan ibarətdir. Şirkət ilkin olaraq Ağıllı Ev texnologiyasını yaradıb. İndi isə avtomobillərin təhlükəsizliyi üçün nəzərdə tutulmuş Avtomaks cihazı ilə fəaliyyətini davam etdirir.

Sumaks dünya təcrübəsində istifadə olunan yüksək texnologiyalardan yararlanmaqla  Azərbaycana məxsus olan cihazların yerli istehsalını təşkil edir.

Sonda Cavid Məmmədov layihənin ərsəyə gəlməsində dəstək olan Bank BTB, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Müdafiə Sənayesi Nazirliyinin Peyk Zavodu və Azercell Telekom MMC-yə dərin təşəkkürünü bildirdi və hazırki şəraitdə ölkəmiz üçün olduqca mühüm olan qeyri- neft sektorunun, yerli istehsalın inkişafında Sumaks-ın bundan sonra da  faydalı işlər görəcəyini vurğuladı.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yerli startapımız öz laboratoriya mərkəzini açır

07-03-2017

Bank BTB-dən yerli startapa dəstək

02-12-2015

Startapımız beynəlxalq mükafata layiq görülüb

16-08-2016

Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

25-10-2016

Barama yerli startaplara dəstəyi artırır

26-02-2016

“Sumaks texnoloji cihazların yerli istehsal ənənəsini formalaşdıracaq”

10-12-2015

Sumaks Barattson tələbələri ilə birgə araşdırmalar aparacaq

27-09-2016

Azercell Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət konfransında iştirak etdi

16-10-2015

Azercell ITU Telecom 2015 sərgisində iştirak edir

14-10-2015

Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

18-05-2016

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

Azercell Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak etdi

28-08-2018

Azercell-dən ADNSU tələbələrinə əməkdaşlıq imkanı

05-04-2016

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018

Bakıda ödənişsiz elektronika təlimlərinə başlanır

20-08-2016

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017

Bakıda yeni simsiz rabitə şəbəkəsi yaradılıb

15-11-2019

Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

22-12-2018

Azercellin departament rəhbəri işdən ayrılıb

09-07-2019

Startapçı həyatından bir gün

12-10-2018

Barama Graduation Ceremony tədbiri baş tutub

04-08-2018

Avtomobil sahiblərinin nəzərinə-Kiber təhlükə

24-04-2018

İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?

25-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə