Previous Next
Bağla

Yerli startapımız öz laboratoriya mərkəzini açır

07-03-2017 15:01
Yerli startapımız öz laboratoriya mərkəzini açır

Bir müdddət öncə yaradılan yerli startaplarımızdan Sumaks şirkəti öz laboratoriya mərkəzini açır.

Belə ki, Azərbaycan Universiteti ilə əməkdaşlıq çərçivəsində yaradılan yeni mərkəzin martın 13-də açılış mərasimi keçiriləcək.

Layihə komandasından Xeberler.az-a verilən məlumata görə, Sumaks və Azərbaycan Universitetinin ortaq mərkəzi olacaq Techno LAB elə AU-da yerləşəcək.

Qeyd edilib ki, Techno LAB Sumaks-ın Biznes Mərkəz olacaq.  Həmçinin, mərkəzdə elektronika ilə bağlı işlər də həyata keçiriləcək.

Məlumat verdiyimiz kimi, ötən il Sumaks şirkətinin hazırladığı Avtomaks cihazının təqdimatı keçirildi.

Sumaks komandasının yaratdığı yeni Avtomaks qurğusunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona nəzarəti həyata keçirməkdən ibarətdir.

Qeyd edək ki,  Avtomaks qurğusu  avtomobil və sürücu haqqında əsas məlumatları yaddaşda saxlayır. Bura maşının markası, buraxılış ili, texniki vəziyyəti, o cümlədən, sürücünün şəxsiyyəti haqqında zəruri bilgilər daxildir.

Avtomaks maşınla əlaqədar bir sıra informasiyaları mütəmadi olaraq sahibinə ötürür.  Bu zaman bütün sutka boyunca avtomobilin dayanma anını, getdiyi məsafəni, olduğu yerləri izləmək mümkündür. Proqram maşının sığortasının vaxtı bitdikdə, yağının dəyişmə zamanı çatdıqda müvafiq xəbərdarlıq edir.

Bu müddət ərzində Sumaks komandası bir neçə uğura imza atdı. Belə ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 3-ü qrant müsabiqəsinin qalib olaraq 12 min AZN qazandı. Bununla yanaşı, Sumaks Stevie Beynəlxalq Biznes Mükafatında innovativ Avtomaks və məişət proseslərinin idarə edilməsi üzrə  layihələrə görə gümüş mükafatına layiq görülüb.

Məlumatımıza görə, şirkət komandası hazırda müxtəlif özəl və dövlət sektoru ilə birgə layihələr həyata keçirir.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Avtomobillərin təhlükəsizliyini təmin edən yerli cihaz təqdim olundu-Fotolar

Avtomobillərin təhlükəsizliyini təmin edən yerli cihaz təqdim olundu-Fotolar

27-01-2016
Startapımız beynəlxalq mükafata layiq görülüb

Startapımız beynəlxalq mükafata layiq görülüb

16-08-2016
Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

25-10-2016
Barama yerli startaplara dəstəyi artırır

Barama yerli startaplara dəstəyi artırır

26-02-2016
Bank BTB-dən yerli startapa dəstək

Bank BTB-dən yerli startapa dəstək

02-12-2015
Sumaks Barattson tələbələri ilə birgə araşdırmalar aparacaq

Sumaks Barattson tələbələri ilə birgə araşdırmalar aparacaq

27-09-2016
Bakıda ödənişsiz elektronika təlimlərinə başlanır

Bakıda ödənişsiz elektronika təlimlərinə başlanır

20-08-2016
“Sumaks texnoloji cihazların yerli istehsal ənənəsini formalaşdıracaq”

“Sumaks texnoloji cihazların yerli istehsal ənənəsini formalaşdıracaq”

10-12-2015
3-cü qrant müsabiqəsinin qalib layihələri hansılardır?

3-cü qrant müsabiqəsinin qalib layihələri hansılardır?

01-02-2016
DMZ-in nümayəndə heyəti INNOLAND-də olublar

DMZ-in nümayəndə heyəti INNOLAND-də olublar

05-09-2019
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı

Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı

16-11-2018
Azercell ITU Telecom 2015 sərgisində iştirak edir

Azercell ITU Telecom 2015 sərgisində iştirak edir

14-10-2015
Əşyaların interneti laboratoriyası yaradılıb

Əşyaların interneti laboratoriyası yaradılıb

03-05-2019
Qalib startap layihələri nə iş görəcək? - İcmal

Qalib startap layihələri nə iş görəcək? - İcmal

01-02-2016
Bakıda yeni simsiz rabitə şəbəkəsi yaradılıb

Bakıda yeni simsiz rabitə şəbəkəsi yaradılıb

15-11-2019
Bakutel-də iştirak edəcək startaplar -Siyahı

Bakutel-də iştirak edəcək startaplar -Siyahı

20-10-2017
Qrant alan startaplar -Kim harada, nə edir?

Qrant alan startaplar -Kim harada, nə edir?

16-02-2017
İnnovasiya həftəsi çərçivəsində Roboday festivalı təşkil olunub

İnnovasiya həftəsi çərçivəsində Roboday festivalı təşkil olunub

19-10-2019
Yerli startapımız İsveçrədə 500 min dollar üçün yarışacaq

Yerli startapımız İsveçrədə 500 min dollar üçün yarışacaq

28-03-2017
Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

18-11-2016
Qalib startaplar təqdimat edib-Foto

Qalib startaplar təqdimat edib-Foto

04-11-2016
Azercell daha bir uğura imza atdı

Azercell daha bir uğura imza atdı

26-03-2019
NRYTN-ın təqaüd proqramını qazanan şagird və tələbələrlə görüş keçirilib

NRYTN-ın təqaüd proqramını qazanan şagird və tələbələrlə görüş keçirilib

02-10-2021
Yeni startapçılar yetişir - İnkubator Mərkəzindən Fotoreportaj

Yeni startapçılar yetişir - İnkubator Mərkəzindən Fotoreportaj

13-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə