Previous Next
Bağla

Süni intellektin inkişafına dair məruzə dinlənilib

03-04-2025 10:48
Süni intellektin inkişafına dair məruzə dinlənilib

ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. İnstitutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Rasim Mahmudov “Süni intellektə strateji baxış: beynəlxalq təcrübə və tendensiyalar” mövzusunda məruzəni təqdim edib.

Xeberler.az bildirir ki, məruzəçi ölkələrin süni intellekt siyasətini araşdıran tədqiqat mərkəzlərini diqqətə çatdırıb, süni intellekt strategiyasını qəbul etmiş ölkələr, eləcə də bu sahədə tənzimləyici sənədlər haqqında ətraflı məlumat verib.

R.Mahmudov ABŞ-ın süni intellekt sahəsində təcrübəsindən bəhs edib. Məruzəçinin sözlərinə görə, ABŞ-da bu sahədə təşəbbüslərin əsas məqsədi fundamental elmi tədqiqatları və innovasiyaları təşviq etmək, süni intellekt üçün zəruri olan dövlət məlumatlarını və hesablama gücünü tədqiqatçılar üçün əlçatan etmək, süni intellekt texnologiyalarının sənaye və biznes sahələrində tətbiqini sürətləndirmək, bu sahədə ixtisaslı kadrların hazırlanmasını dəstəkləmək, süni intellektin təhlükəsiz, ədalətli və məsuliyyətli istifadəsini təmin edən qaydalar hazırlamaq, o cümlədən ölkənin süni intellekt sahəsində qlobal liderliyini qorumaq və gücləndirməkdən ibarətdir.

O, Avropa Birliyi tərəfindən qəbul edilmiş “Süni intellekt üzrə koordinasiyalı Plan”ın əsas hədəfləri, eləcə də “Süni İntellekt Qanunu” barədə danışıb, Çin, Yaponiya, Cənubi Koreya, Almaniya, Kanada, Böyük Britaniyanın süni intellekt sahəsində təcrübəsindən söz açaraq bu istiqamətdə qəbul olunmuş rəsmi sənədlər, strategiyalar, bu ölkələrdə süni intellektin tətbiq sahələri haqqında ətraflı məlumat verib. R.Mahmudov həmçinin əsas qlobal süni intellekt mərkəzlərini müqayisəli analiz edib, süni intellekt sahəsində qlobal lider olmaq iddiasında olan ölkələrin siyahısını təqdim edib.

Məruzəçi süni intellekt təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək məqsədilə 2024-cü ildə “Süni intellekt təhlükəsizliyi institutlarının beynəlxalq şəbəkəsi”nin təsis edildiyini vurğulayıb.

Şöbə müdiri süni intellekin inkişafı sahəsində əsas qlobal tendensiyalar, ölkələrdə süni intellektin inkişaf səviyyəsini əks etdirən əsas indikatorları təqdim edib, “Dövlətin süni intellektə hazırlıq indeksi” əsasında Azərbaycana dair qiymətləndirməni diqqətə çatdırıb. Həmçinin dünya üzrə süni intellektlə bağlı elmi məqalələrin artım dinamikasını təqdim edərək bu siyahıda ilk üçlükdə Çin, Hindistan və ABŞ-ın yer aldığını qeyd edib.

R.Mahmudov sonda süni intellekt sahəsində verilən patentlərin sayı, süni intellekt sahəsinə qoyulan investisiyaların dinamikası və süni intellekt startaplarının sayına görə lider ölkələrlə bağlı statistikanı diqqətə çatdırıb.

Məruzə ətrafında müzakirələr aparılıb, tədqiqatçı ona ünvanlanan sualları cavablandırıb.

Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev tədqiqatların dərinləşdirilməsi ilə bağlı tövsiyələrini səsləndirib. O, süni intellektin geniş tətbiqi ilə yaranan yeni peşələr və ya sıradan çıxmış bəzi peşələrin müəyyənləşdirilməsi istiqamətində qiymətləndirmələrin aparılmasını tövsiyə edib. Alim süni intellektin cəmiyyətə təsirinin araşdırılmasının, eləcə də süni intellekt problemləri ilə bağlı tövsiyələrin işlənilməsinin önəminə toxunub. Həmçinin ölkəmizdə süni intellekt sahəsində mövcud vəziyyət, qanunvericilik bazası ilə bağlı tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıb. Akademik R.Əliquliyev səsləndirilən tövsiyələr nəzərə alınmaqla yeni məqalənin hazırlanaraq nüfuzlu jurnallara təqdim olunmasının zəruriliyini qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024
E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

03-02-2025
Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb

Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb

25-12-2025
Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026
4SİM  Süni İntellekt üzrə Qlobal Alyansa üzv olub

4SİM Süni İntellekt üzrə Qlobal Alyansa üzv olub

12-02-2025
“Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” Konfransı keçirilib

“Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” Konfransı keçirilib

10-07-2025
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025
Çikaqo Universitetinin professoru ilə rəqəmsal tibb müzakirə olunub

Çikaqo Universitetinin professoru ilə rəqəmsal tibb müzakirə olunub

30-10-2025
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025
Rusiyada süni intellektin tətbiqi üzrə qərargah yaradılacaq

Rusiyada süni intellektin tətbiqi üzrə qərargah yaradılacaq

20-11-2025
BDU-da süni intellekt mövzusunda elmi sessiya keçirilib

BDU-da süni intellekt mövzusunda elmi sessiya keçirilib

12-03-2025
Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025
XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025
Fariz Cəfərov: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq

Fariz Cəfərov: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq

11-04-2025
Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

19-12-2025
Yaponiya və ABŞ birgə süni intellekt layihələrinə sərmayə qoyacaq

Yaponiya və ABŞ birgə süni intellekt layihələrinə sərmayə qoyacaq

05-06-2026
Təbii intellekt yoxsa süni intellekt? – VİDEO

Təbii intellekt yoxsa süni intellekt? – VİDEO

04-05-2026
Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

13-10-2025
Elektron kitabxanaların informasiya təhlükəsizliyinin təmin olunması müzakirə edilib

Elektron kitabxanaların informasiya təhlükəsizliyinin təmin olunması müzakirə edilib

11-06-2025
"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

26-11-2025
AZSTAND nümayəndəsi Süni İntellekt Standartları Sammitində iştirak edib

AZSTAND nümayəndəsi Süni İntellekt Standartları Sammitində iştirak edib

17-12-2025
4SİM: Bir çox sahələrdə süni intellektin istifadəsi sınaqdan keçirilir

4SİM: Bir çox sahələrdə süni intellektin istifadəsi sınaqdan keçirilir

11-04-2025
Bioaləmdən qaynaqlanan süni intellekt texnologiyaları araşdırılır

Bioaləmdən qaynaqlanan süni intellekt texnologiyaları araşdırılır

15-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə