“Süni intellekt etikasına dair tövsiyələr” layihəsinin müzakirəsində Azərbaycan da təmsil olunub

30-07-2020 / 12:40

“Süni intellekt etikasına dair tövsiyələr” layihəsinin müzakirəsi ilə bağlı üçgünlük virtual subregional məsləhətləşmələr keçirilib.

Xeberler.az bildirir ki, tədbir Avropa Regionu (II Qrup) üçün Süni İntellekt üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin (International Research Centre on Artificial Intelligence, IRCAI), Sloveniya Hökumətinin Təhsil, Elm və İdman Nazirliyinin, Sloveniyanın YUNESKO üzrə Milli Komissiyasının və YUNESKO-nun Baş Qərargahının birgə təşkilatçılığı ilə baş tutub.

Ümumilikdə 100-ə yaxın onlayn qoşulmuş nümayəndə debatlara qatılıb. Ölkəmizi virtual tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbir zamanı “Süni intellekt etikasına dair tövsiyələr” layihəsinin ilkin versiyasının məqsədi, tətbiq sahələri, hazırlanması prosesi, məsləhətləşmələrin zəruri olmasının əsaslandırılması və nəticələrin gələcək istifadəsi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, sənədin hazırlanması BMT Nizamnaməsində və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş hüquqlara hörmətlə yanaşmanı təmin etməkdə və süni intellekt sistemlərinin tədqiqi, layihələndirilməsi, işlənməsi və tətbiqi zamanı insanların rifahı, ətraf mühitin qorunması və Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsi nəzərə alınmaqla, YUNESKO-nun üzvü olan dövlətlərə köməklik göstərmək məqsədi daşıyır.

Eyni zamanda, müxtəlif ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə yaradılmış işçi qruplarda müzakirələr aparılıb, layihənin mətninə olan dəyişikliklər və əlavələr nəzərə alınaraq işçi qrupların təkliflərindən ibarət ümumiləşdirilmiş hesabat hazırlanıb.

Layihənin yekun versiyasının üzv dövlətlər tərəfindən qəbul olunması üçün 2021-ci ilin noyabrında YUNESKO Baş konfransının 41-ci sessiyasında təqdim edilməsi nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə