Previous Next
Bağla

YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının növbəti iclası keçirilib

25-02-2020 10:53
YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının növbəti iclası keçirilib

Xeberler.az bildirir ki, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (İFAP) Azərbaycan Komitəsinin növbəti iclası keçirilib. Tədbirdə Milli Komitədə təmsil olunan dövlət qurumlarının, o cümlədən Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Milli Arxiv İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Elmin İnkişafı Fondu və Əqli Mülkiyyət Agentliyinin nümayəndələri, həmçinin QHT-lərin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.

İclasda İFAP-ın Azərbaycan Komitəsinin sədri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov təqdimatla çıxış edib. O, İFAP proqramının ölkəmizin xaricdə tanıdılması və təbliği baxımından əhəmiyyətini qeyd edərək proqram haqqında, onun məqsədləri və prioritet sahələri barədə məlumat verib. Bildirib ki, "İnformasiya hamı üçün" Proqramı (İFAP) YUNESKO-nun 2001-ci ildə yaradılan unikal hökumətlərarası proqramdır. Məqsəd YUNESKO-nun üzv ölkələrinə milli informasiya siyasətinin formalaşması, bilik sahəsi üzrə strategiyanın hazırlanması və həyata keçirilməsinə dəstək göstərmək, həmçinin informasiya və biliklərin əldə edilməsi sahəsi üzrə fəaliyyət planlarının hazırlanması, beynəlxalq siyasi diskussiyalar və əməkdaşlıq üçün platformanın yaradılmasıdır.

Daha sonra “YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə 2019-cu ildə görülmüş işlər və qarşıda duran məsələlər haqqında məlumat verilib.

Qeyd olunub ki, Proqramın 6 prioritet sahəsi – “İnformasiyaya çıxış” (“İnformation accessibility”), “İnkişaf üçün informasiya” (İnformation for development”), “İnformasiya etikası” (“İnformation ethics”), “İnformasiya savadlılığı” (“İnformation literacy”), “İnformasiyanın qorunması” (“İnformation preservation”), “Kiberməkanda
çoxdillilik” (“Multilingualism in Cyberspace”) üzrə məsələlər Tədbirlər Planında öz əksini tapıb.

Milli Komitənin üzv-qurumlarının və ictimai təşkilatların nümayəndələri çıxış edərək, Tədbirlər Planının çərçivəsində görülmüş işlər haqqında məlumat veriblər. Bildirilib ki, Tədbirlər Planında 35 tədbir müəyyən edilib və onların 76 faizi artıq tam yerinə
yetirilib.

İclasda “YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının www.ifap.az saytının
təqdimatı olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya hamı üçün Proqramının Azərbaycan Komitəsinin 1-ci iclası keçirilib

28-02-2019

Nazirliyin layihələri UNESCO-da təqdim olunub

22-06-2018

RİNN-də yaradılan Texniki Komitənin növbəti iclası keçirilib

03-10-2025

“Süni intellekt etikasına dair tövsiyələr” layihəsinin müzakirəsində Azərbaycan da təmsil olunub

30-07-2020

YUNESCO təhsildə İKT-nin istifadəsinə dair müsabiqə elan edir

27-09-2010

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015

İKT sahəsi üzrə 10 yeni milli standart təsdiqlənəcək

17-10-2025

Mətbuat Şurası və YUNESKO-nun Moskva Nümayəndəliyi birgə seminar keçirəcək

17-12-2010

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

21-02-2025

“Hökumət buludu”na Keçid Planı” təsdiqlənib

01-11-2020

Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

30-10-2018

“İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı tədbirlər planı hazırlanır

21-01-2013

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

17-04-2019

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

03-05-2016

Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin növbəti iclası keçirilib

29-12-2008

Fransada Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

15-11-2018

Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

24-09-2021

İnformasiya hüququ adlı dərslik nəşr olunub

19-07-2019

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

13-09-2024

Azərbaycanda İKT üzrə yeni milli standartlar hazırlanacaq

27-12-2022

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair İşçi qrupu yaradıldı

13-01-2024

NRYTN GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub

07-08-2020

Qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların 28 faizini təşkil edir

24-07-2025

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə