Previous Next
Bağla

Süni intellekt ilə autizm diaqnozunun əsas göstəriciləri müəyyən edilib

27-03-2025 08:31
Süni intellekt ilə autizm diaqnozunun əsas göstəriciləri müəyyən edilib

Alimlər autizm diaqnozunun əsas göstəricilərini müəyyənləşdirmək üçün böyük dil modelindən (LLM) istifadə ediblər. “Cell Press” jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, təkrarlanan davranışlar, xüsusi maraqlar və qavrayışa əsaslanan davranışlar autizmin ən güclü diaqnostik göstəriciləri kimi ortaya çıxıb.

Xeberler.az “Science Daily” saytına istinadən məlumat verir ki, hazırda istifadə olunan DSM-5 diaqnostik təlimatları daha çox sosial qarşılıqlı əlaqə və ünsiyyət bacarıqlarına yönəlsə də, süni intellektin təhlili autizm üçün fərqli əsas meyarların ön plana çıxdığını göstərir. 

Tədqiqatçılar LLM-i əvvəlcədən 489 milyon unikal cümlə üzərində hazırlayıb, sonra autizm diaqnozlu xəstələrlə bağlı 4 mindən çox klinik hesabat üzərində dəqiqləşdiriblər. LLM diaqnoz üçün ən vacib olan xüsusi ifadələri təyin edərək onların DSM-5 kriteriyaları ilə uyğunluğunu analiz edib.

Nəticələr göstərir ki, indiki diaqnostik yanaşmalar sosial amillərə həddindən artıq fokuslanır və daha spesifik davranış göstəricilərinə lazımi diqqət verilmir. Bununla belə, tədqiqat coğrafi müxtəlifliyin məhdud olması və demoqrafik faktorların nəzərə alınmaması kimi məhdudiyyətlərə malikdir. Alimlər hesab edirlər ki, bu yanaşma təkcə autizm deyil, həm də digər psixi sağlamlıq və neyroinkişaf pozğunluqlarının diaqnostikasını dəqiqləşdirmək üçün faydalı ola bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

23-01-2019

Nazirlik autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

01-04-2019

Azercell “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsinə dəstək verir

27-03-2023

Nar-dan autizmli uşaqlara dəstək

03-06-2019

Nar-dan autizmli uşaqlara dəstək

02-10-2018

Hakerlər artıq süni intellekti süni intellektə qarşı istifadə edir

05-04-2025

EnterpriseAzerbaijan.com portalında İslam İnkişaf Bankı ilə görüş keçirilib

17-07-2021

NEQSOL Holding autizmli şəxslərə dəstək üçün BSİB ilə əməkdaşlığa başlayır

31-01-2024

Microsoft şirkəti autizm xəstəliyi olan işçilər axtarır

10-04-2015

Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

11-02-2025

Süni intellekt vasitəsilə bioloji yaşı dəqiq təxmin etmək mümkün olub

17-03-2025

Nar-dan autizmli uşaqlara dəstək aksiyası

21-04-2018

Süni intellekt ürək xəstəliklərinin diaqnozunda inqilabi rol oynayacaq

06-02-2025

Sosial mediadan tez-tez istifadə həddindən artıq əsəbilik yaradır

24-01-2025

Süni intellekt ürək xəstələrinin ömrünü uzadacaq

27-10-2024

“Alibaba” süni intellekt modelinin yeni versiyasını təqdim edib

29-01-2025

BƏT süni intellektin əmək şəraiti və məşğulluğu barədə hesabat hazırlayıb

24-04-2025

Parkinson xəstəliyini aşkarlayan süni intellekt proqramı hazırlanıb

23-06-2025

Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

30-05-2025

Televizor və smartfondan hədsiz istifadə uşaqlarda nitq inkişafını ləngidir

12-02-2025

Ekspert:“AutizmDERS” vasitəsilə valideynlər 200 video dərsdən istifadə edə biləcək

01-06-2022

Süni intellekt insanın xarakterini müəyyən edəcək

10-05-2018

Süni intellekt insanların beynində “hallüsinasiyalar” yarada bilər

25-09-2024

Süni intellekt narahatedici davranışlara səbəb olur

01-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə